Ən yüksək nəticə göstərən abituriyentlər mükafatlandırıldı
“Nar” ən yüksək nəticə göstərən 10 abituriyentə ən müasir smartfonlar, eləcə də 700 AZN dəyərində balans təqdim edib.(®) “Nar” ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərən abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırıb. Mükafatlandırma mərasimində ilin ən uğurlu abituriyenti adını qazanan 10 gəncə “Nar”-dan ən müasir smartfonlar, eləcə də 700 AZN dəyərində balans təqdim edilib.
Tədbirdə iştirak edən qonaqlar - Elm və Təhsil Nazirliyinin nümayəndələri, təhsil ictimaiyyəti üzvləri, media mənsubları abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov gəncləri təbrik edərək onlara gələcək təhsil və karyeralarında müvəffəqiyyətlər arzuladı. “Bu yüksək göstərici böyük əzm və zəhmətinizin bəhrəsidir. Mən inanıram ki, həyatınızda hələ bir çox uğurlar sizi gözləyir və yeni-yeni nailiyyətləriniz ilə hamımızı sevindirəcəksiniz.”- deyə Əziz Axundov sözlərinə əlavə etdi.
Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
-
30 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 49 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər





















