Bank Respublika Şuşada şəhid övladlarını sevindirdi
(®) Ölkəmizdə bir çox sosial yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı şəhid övladları üçün həyata keçirilən "Zəfər" Yay Məktəbinə dəstək oldu.
İyul - avqust ayları ərzində davam edən layihə müddətində məktəbli şəhid övladları 4 peşə - musiqi, rəsm, fotoqrafiya və aktyorluq üzrə öz bilik və bacarıqlarını inkişaf etdiriblər. Yay məktəbinin bağlanış mərasimi vətənimizin mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutub.
Tədbirdə şəhid ailələri, dövlət və ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, eləcə də Şuşa şəhərinin azad olunması uğrunda döyüşən Bank Respublika əməkdaşları iştirak edib.
Açılış nitqi ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə layihə haqqında geniş məlumat verib və layihənin ərsəyə gəlməsində hər kəsə öz təşəkkürünü bildirib. “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək bu layihənin şəhid övladlarımızın inkişafındakı əhəmiyyətini yüksək qiymətləndirib və şəhid övladlarının Şuşa şəhərində təqdim etdikləri sənət nümunələrinin həyatında xüsusi yer tutacağını vurğulayıb.
Daha sonra şəhid övladlarının hazırladıqları kiçik sənət əsərlər nümayiş olunub və onların iştirakı ilə bədii hissə təqdim olunub. Tədbirin sonunda layihənin bütün iştirakçılarına sertifikatlar və “Bank Respublika”da çalışan qazilər tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, müharibədən sonra şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi “Bank Respublika”nın sosial layihələrinin əsas istiqamətlərindən biridir. Bank Respublika həmçinin, “YAŞAT” Fondu, “Silahlı Qüvvələrə Yardım Fondu” və “Qarabağ Dirçəliş Fondu”na vəsait ianə edən ilk banklardan biridir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
- 9 d. əvvəl
-
22 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 38 d. əvvəl
-
55 d. əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb







.jpg)










.jpg)





