Qubada GPON texnologiyasının tətbiqinə başlanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, növbəti mərhələdə Quba rayonunun Vladimirovka və Xınalıq kəndlərində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.
Vladimirovka kəndində 780, Xınalıq kəndində isə 537 ev təsərrüfatı yüksək sürətli internetlə tam əhatə edilib.
Bundan əlavə, Quba şəhəri ərazisində 1700 abunəlik şəbəkə tikilib. Hazırda 600 abunəçi internet xidmətindən istifadə edir.
Qəçrəş kəndində aparılan tikinti işlərinin isə yaxın 2 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksək sürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:
internet
internet+telefoniya
internet+televiziya
internet+telefoniya+televiziya paketi (3-ü birində)
Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 20 AZN-dən 45 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom” MMC-nin 170 qaynar xəttinə zəng edə, region üzrə Telekommunikasiya qovşağına (Şimal-Şərq Regional Filialının Quba Şöbəsi – ünvan: Quba şəhəri, Fətəli xan küçəsi 57 A, əlaqə nöm.:511-64; 512-069), həmçinin https://aztelekom.az/ saytı vasitəsilə müraciət edə bilərlər.
Qeyd edilib ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
-
32 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 51 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər




















