"İşğaldan azad edilmiş ərazilərdə 50 min hektar sahədə əkin aparılıb"
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 50 min hektarda yazlıq və payızlıq əkinləri aparılıb.
Bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
"Növbəti mövsümdə əkin ərazilərinin daha da artırılması üzrə tapşırıqlar verilib, hazırda aidiyyəti dövlət qurumları ilə birgə bu sahədə fəaliyyət göstərilir", - deyə o, qeyd edib.
Nazir əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunduqdan sonra bölgədə böyük quruculuq işləri aparılır:
"Həyata keçirilən böyük infrastruktur layihələri - yolların, hava limanlarının inşası Azərbaycanın logistik imkanlarını genişləndirib. Bu imkanlardan region dövlətləri, o cümlədən dost ölkələr yararlana bilərlər. İşğaldan azad olunmuş əraziləri dövlət başçısı "Yaşıl Enerji Zonaları" elan edib. Bu ərazilərdə kənd təsərrüfatı əsas iqtisadi gücdür, aqrar sahənin inkişaf perspektivləri böyükdür. Hələ işğaldan əvvəlki dövrdə Qarabağ bölgəsinin böyük aqrar potensialı olub, burada heyvandarlıq və əkinçiliyin inkişafı üçün münbit şərait var. Torpaqların azad edilməsi ilə bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün yeni imkanlar yaranıb. Təsadüfi deyil ki, Prezidentin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılması həyata keçirilib".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
59 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















.jpg)


