Vergi sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin başlıca fəaliyyət istiqamətlərindən biri də beynəlxalq təşkilatlar, xarici ölkələrin vergi administrasiyaları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın həyata keçirilməsidir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, vergi inzibatçılığının təkmilləşdirilməsi və yeni çağırışların Azərbaycanın vergi sistemində tətbiqini genişləndirmək məqsədilə bu sahədə müvafiq beynəlxalq qurumlarla əməkdaşlığın inkişafı daim diqqətdə saxlanılır.
Beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq tərəfdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Bu Konvensiya çərçivəsində Azərbaycan 136 ölkə ilə müvafiq məlumatların mübadiləsini həyata keçirir və nəticədə genişmiqyaslı vergi məlumatlarına çıxış əldə edilir. 2017-ci ildə Dövlət Vergi Xidməti bu Konvensiya əsasında “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya, 2021-ci ildə isə “Ölkələrarası hesabatların mübadiləsinə dair səlahiyyətli orqanların Çoxtərəfli Sazişi”nə qoşulub. İlkin olaraq maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsinə dair 90 ölkə, daha sonra isə 99 ölkə ilə tərəfdaşlıq razılaşdırılıb, ölkələrarası hesabatların mübadiləsinə dair 89 ölkə ilə tərəfdaşlıq bəyan edilib. Bu sazişlər ölkədə vergitutma bazasının qorunması, vergidən yayınmanın qarşısının alınması və mənfəətin digər ölkələrə köçürülməsinə dair mübarizənin aparılmasına xidmət edir.
Ötən dövr ərzində Çoxtərəfli Razılaşmaya və Çoxtərəfli Sazişə yeni üzvlər qoşulduğundan, Azərbaycan Respublikası tərəfindən maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsi üçün əlavə 17 ölkə ilə (Bruney, Dominika, Ekvador, Yamayka, Qazaxıstan, Keniya, Liberiya, Maldiv adaları, Moldova, Monteneqro, Mərakeş, Yeni Kaledoniya, Oman, Peru, Tailand, Uqanda, Vanuatu) və dövlətlərarası hesabatların avtomatik mübadiləsi üçün əlavə 2 ölkə ilə (Barbados, Maldiv adaları) tərəfdaşlıq genişləndirilib.
Nəticə etibarilə, Azərbaycan Respublikası maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsi çərçivəsində 116 ölkə, ölkələrarası hesabatların avtomatik mübadiləsi çərçivəsində isə 90 ölkə ilə məlumat mübadiləsi aparacaq.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
10 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























