"Xəzər beşliyi” ölkələri iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədirlər
Rusiyanın Baş naziri Mixail Mişustinin sözlərinə görə, Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan müxtəlif sahələrdə tərəfdaşlığı dərinləşdirmək, regionun investisiya cəlbediciliyini artırmaq niyyətindədirlər. Mişustin Rusiya Federasiyası ilə Xəzəryanı ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının davam etdirilməsinin vacib olduğunu bildirib Baş nazir qeyd edib ki, son beş ildə ölkələrin dünya ÜDM-də xüsusi çəkisi 3,6%-ə çatıb, qarşılıqlı ticarət dövriyyəsi isə bir yarım dəfə artıb.
Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan "Xəzər beşliyi” çərçivəsində ticari-iqtisadi əməkdaşlığı dərinləşdirəcək.
Marja xəbər verir ki, bunu cümə axşamı Rusiyanın baş naziri Mixail Mişustin Moskvada davam edən II Xəzər İqtisadi Forumunda deyib.
"Bizim mütləq prioritetimiz Xəzər beşliyi liderlərinin qərarlarının həyata keçirilməsidir. Biz ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər görəcəyik".
Rusiya baş nazirinin sözlərinə görə, ölkələr müxtəlif sahələrdə tərəfdaşlığı dərinləşdirmək və regionun investisiya cəlbediciliyini artırmaq niyyətindədirlər.
"Rusiyanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi artır, bu tendensiyanın saxlanması vacibdir" - Rusiyanın baş naziri Mixail Mişustin II Xəzər İqtisadi Forumunun plenar iclasında bildirib.
"Xəzər regionu ən dinamik inkişaf edən regionlardan biridir. Son 20 ildə ümumi ümumi daxili məhsul təxminən 3 dəfə, qarşılıqlı ticarət isə 5 dəfə artıb. Son beş ildə ölkələrin dünya ÜDM-də xüsusi çəkisi 3,6%-ə çatıb, qarşılıqlı ticarət dövriyyəsi isə 1,5 dəfə artıb”, - deyə o bildirib.
Mişustin qeyd edib ki, Rusiyanın Xəzəryanı ölkələrlə ticarətinin həcmində də yaxşı göstəricilər var: "Ötən ilin yekunlarına görə, ticarət dövriyyəsi üçdə birdən çox artıb. Bu tendensiyanın saxlanılması vacibdir".
O xatırladıb ki, iyunun sonunda Aşqabadda keçirilən Xəzər “beşliyi”nin sammitində Rusiya prezidenti Vladimir Putin ticarət və investisiya əlaqələrinin daha da inkişaf etdirilməsi, qarşılıqlı faydalı sənaye və yüksək texnologiya sahəsində əməkdaşlığın dərinləşdirilməsini ölkələrin əsas vəzifələri sırasında adlandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
12 d. əvvəl
Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb
-
- 32 d. əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Rəsmi məzənnələr açıqlandı

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
