Unicapital səhmdarlarına 800 min manat dividend ödəyib
“Unicapital İnvestisiya Şirkəti” ASC səhmdarlarına 800 min manat məbləğində dividend ödəyib.
Bu barədə Marja-ya Şirkətdən bildirilib.
Dividend ödənişi barədə qərar “Unicapital İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının 30 sentyabr 2022-ci il tarixində keçirilmiş ümumi yığıncağında qəbul edilib.
Qeyd edilib ki, şirkətin Bakı Fond Birjasında ticarət olunan səhmlərin sayı 100 000 ədəddir. Nominal dəyəri 3 AZN olan hər bir səhminə ödənilmiş dividend məbləği 8 AZN təşkil edib.
“Unicapital İnvestisiya Şirkəti” son illər ərzində investisiya bazarında tətbiq etdiyi strategiyasını yeniləyib və şirkətin 2021-ci ildə təyin etdiyi yeni strategiyası qısa zamanda öz nəticəsini verib. “Unicapital”ın uğurlu fəaliyyəti nüfuzlu dünya nəşrlərinin də diqqətini çəkməyi bacarıb. Böyük Britaniyanın “International Finance” jurnalının araşdırmasına əsasən, “Unicapital” “Azərbaycanda Ən İnnovativ Maliyyə Təşkilatı - 2021” və “Azərbaycanın Ən Yaxşı Foreks Provayderi - 2021” mükafatlarına layiq görülüb.
“Unicapital” 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsinə sahib olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan şirkətlərdən biridir. Nizamnamə kapitalı 100% "Unibank" Kommersiya Bankı ASC-yə məxsus olan Şirkət, ötən il 1 milyon 40 min 271 manat xalis mənfəət əldə edib.
“Unicapital İnvestisiya Şirkəti” olaraq əsas məqsədimiz xidmət göstərdiyimiz bazarlara dəstək üçün ən yenilikçi və peşəkar maliyyə həlləri göstərərək, müştəri məmnuniyyəti və mükəmməl reputasiyamızı qorumaqdır.
Xidmətlərə gəldikdə isə şirkət müştəriləri üçün qlobal və yerli maliyyə bazarlarına açılan körpü rolunu oynayır. “Unicapital İnvestisiya Şirkəti” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır. İnvestisiya şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir. Həmçinin, şirkət yeni başlayan investorlar üçün ödənişsiz təlimlər və konsultasiyalar təşkil edir. Xidmətlərimiz ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün saytımıza keçid edə bilərsiniz: https://unicapital.az/
“Unicapital İnvestisiya Şirkəti” hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə sahibdir və Birjanın standart listinqinə daxildir. Bu isə şəffaflığının və listinq qaydalarına uyğunluğunun birbaşa göstəricisidir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















