SilkWay Bankdan yeni maliyyə xidməti
SilkWay Bank Avropa ölkələrində edilən alış-verişlər üzrə ƏDV-nin geri qaytarılması üçün yeni maliyyə xidməti - TaxFree4U təqdim etmişdir.
Hazırda SilkWay Bank kart sahibləri alış-veriş etdikləri ölkələrin hava limanlarında olarkən uçuşdan əvvəl növbədə vaxt itirmədən ən qısa müddətdə ƏDV-ni geri ala bilərlər. SilkWay Bank kart sahibləri TaxFree4U tətbiqini yüklədikləri zamanswbank promokod daxil etməklə ilk dəfə ƏDV-nin geri ödənilməsi zamanı əlavə olaraq 5 avro qazanc əldə edəcəklər.
Avropa* ölkələrində həyata keçirilmiş alış-verişlər üzrə ən yüksək ƏDV məbləğini geri qaytarmaq üçün SilkWay Bank kart sahibləri aşağıdakı müddəaları yerinə yetirməlidirlər:
- TaxFree4U mobil tətbiqini smartfonlarına yükləməli, qeydiyyatdan swbank promo koduilə keçməlidir;
- Pasport** şəklini yükləməli (bəyannamənin doldurulması zamanı Aİ vətəndaşlığının olmaması və digər məlumatların təsdiq olunması üçün), səyahət haqqında məlumatları daxil etməli;
- Uçuşdan 24 saat əvvəl qəbzlərin fotolarını TaxFree4U mobil tətbiqə yükləməli;
- Hoteldə artıq doldurulmuş bəyannaməni çap etməli (ƏDV-nin geri ödənilməsi forması), bu bəyannamə TaxFree4Uxidməti tərəfindən istifadəçinin e-poçtuna göndəriləcək;
- Avropa ölkələrindənuçuşdan əvvəl qablaşdırılmış bağlamaları birkaları ilə birgə yoxlamadan keçirərək gömrük rəisindən bəyannaməyə möhür vurulmasını təmin etmək;
- Azərbaycana gəldikdən sonra möhürlənmiş bəyannaməni və qəbzlərin həqiqi nüsxələrini Heydər Əliyev Beynəlxalq Hava Limanında Terminal 1-də SW Bank-ın 1 saylı şöbəsində TaxFree4U qutusuna yerləşdirin;
- İstifadəçidən sənədlərin orijinalları əldə edildikdən sonra 48 saat ərzində SilkWay Bank kartlarına ilk geri ödəniş zamanı geri ödəniləcək məbləğdən əlavəSilkWay Bank-dan 5 avro bonus ödəniləcək.
SilkWay Bank kart sahibləri üçün TaxFree4U mobil tətbiqinin üstünlükləri:
Fayda: TaxFree4Uxidməti ən yüksək geri ödəniş %-i tətbiq edir; ƏDV-nin geri ödənildiyi bütün mağazalar üzrə alış-verişlər üçün ƏDV-nin geri ödənilməsini təmin edir; qəbzlərin məbləğini vahid bəyannamədə birləşdirərək hər bir ölkədə tələb olunan icbari minimal alış-veriş məbləğini ləğv edir;
Rahatlıq: əlavə sənədlər və növbə olmadan. Tətbiq vasitəsilə qəbzlərin şəklini çəkmək kifayətdir- TaxFree4U mütəxəssisləri özləri bəyannaməni dolduracaq, sizə e-poçt vasitəsilə göndərəcəklər;
Sürət: Geri ödəniş məbləği SilkWay Bankkartına, sənədlərin orijinallarını əldə etdikdən sonra 48 saat ərzində yatırılır, bu ƏDV-nin geri ödənilməsi üzrə operatorlar arasında ən qısa zaman müddətidir;
Azərbaycan vətəndaşları 28 Avropa İttifaqı ölkəsində ƏDV-nin geri ödənilməsi hüququna malikdirlər.TaxFree4U xidməti İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiyada həyata keçirilmiş alış-verişlər üzrə ƏDV məbləğini geri qaytarır.
TaxFree4U xidməti - Avropa* ərazisində həyata keçirilən alış-verişlər üzrə ƏDV-nin geri ödənilməsini tətbiq edən dünya üzrə ilk onlayn xidmətdir. Xidmət turistləri bəyannamələri doldurmaq, bir neçə növbədə dayanmaqdan azad edir və TaxFree operatorları arasında müştərinin kartına ən yüksək faiz dərəcəsinin tətbiq olunmasını həyata keçirir. Bugünədək, TaxFree4U ƏDV-nin geri ödənişi üzrə sadələşdirilmiş xidmətdən Avropa ölkələrinin çox sayda turistləri istifadə etmişdir.https://taxfree4u.eu/ru/
*Xidmət İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiyada həyata keçirilmiş alış-verişlər üzrə ƏDV məbləğini geri qaytarır.
**Pasport, kart və eləcə də sənədlərin fotosu/ nüsxəsi qorunur və üçüncü şəxslərə ötürülə bilməz.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
12 d. əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
-
- 54 d. əvvəl
-
57 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
59 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
Mayın 19-da gözlənilən hava şəraiti
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!






.jpg)
.jpg)




.jpg)








