Rusiya ilə Çin arasında yeni konteyner dəmir yolu marşrutu açılıb
Çinin Liaoninq əyalətinin Telin şəhərindən Moskvaya yeni konteyner dəmir yolu marşrutu açılıb.
Marja.az xəbər verir ki, bu barədə Federasiyasının Harbin şəhərindəki Baş Konsulluğu məlumat yayıb.
"Oktyabrın əvvəlində Çinin Telin şəhərindən Moskvaya yola düşmüş ilk yük qatarı Transbaykalsk-Mançuriya dəmir yolu keçid məntəqəsindən keçib. Ümumi dəyəri təxminən 77 milyon yuan olan ixrac malları 50 konteyner ilə ölkəmizə göndərilib”.
Bildirilir ki, yeni marşrut üzrə Çindən yüklərin çatdırılması 15 gün çəkir, gediş və təyinat məntəqələri arasındakı məsafə isə 7,5 min kilometrə yaxındır.
Baş Konsulluq xatırladıb ki, 2022-ci ilin 8 ayı ərzində Transbaykalsk-Mançuriya dəmir yolu keçid məntəqəsindən hər iki istiqamətdə üç mindən çox konteyner qatarı keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çoxdur.
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin son məlumatlarına görə, 2022-ci ilin ilk səkkiz ayında Rusiya və Çinin ticarət dövriyyəsi 31,4% artaraq 117,205 milyard dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 d. əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
-
16 d. əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 26 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı






















