İtaliya–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verildi - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti "İtaliya–Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncam, ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti, Milan Politexnik Universiteti arasında İtaliya–Azərbaycan Universiteti üzrə akademik əməkdaşlığa dair imzalanmış sazişləri nəzərə alaraq, Azərbaycan Respublikasında ali təhsil sisteminin təkmilləşdirilməsi və İtaliyanın tanınmış universitetləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən Azərbaycan Respublikasının ərazisində aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə qərara alınıb.
Sərəncam ilə, İtaliya–Azərbaycan Universiteti layihəsini həyata keçirən ADA Universitetinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib.
Müəyyən edilib ki, ADA Universiteti İtaliya–Azərbaycan Universiteti çərçivəsində tətbiq etdiyi təhsil proqramlarını İtaliya Respublikasının ali təhsil müəssisələrinin akademik standartlarına uyğun qurmaq və idarə etmək hüququna malikdir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti İtaliya–Azərbaycan Universiteti layihəsinə cəlb olunması ilə əlaqədar ADA Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll eməlidir. Həmçinin İtaliya–Azərbaycan Universiteti layihəsi çərçivəsində kadr hazırlığı aparılan ixtisasları və təhsil alan tələbələrin sayını hər il müəyyən etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
38 d. əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























