“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
FED rəsmilərinin açıqlamaları dolları ucuzlaşdırıb.InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Bəzi FED rəsmilərinin həm faiz artımının sürətini tezliklə yavaşlatmaq, həm də gələn ilin əvvəlində faiz artımını dayandırmaq niyyətlərini bildirməsindən sonra ötən həftənin cümə günü Amerika sessiyasında dollar ucuzlaşdı. FED-in noyabr toplantısında faiz dərəcələrini 75 baza bəndi artırması proqnozları ilə yanaşı, bank rəsmilərinin gələcək faiz artımlarının miqyasını müzakirə edəcəyi ehtimalları birjalarda qiymətləndirilir. Proqnozlara əsasən dollar indeksindəki geriləmə davam edərsə, EURUSD məzənnəsi 1$-a kimi bahalaşa bilər. Bu həftə Avrozonada, Almaniyada açıqlanacaq inflyasiya, Amerikada dərc olunacaq iqtisadi inkişaf səviyyəsinə dair rəqəmlər, həmçinin Almaniya, Avrozona və Amerikadan biznes aktivliyi indeksi göstəriciləri major valyuta cütlüklərində tendensiyaların gedişinə ciddi təsir edə bilər.
GBP.
Bu həftə ABŞ-da açıqlanacaq ÜDM, İngiltərədə dərc olunacaq biznes aktivliyi indeksi göstəriciləri GBPUSD cütlüyündəki tendensiyanın gedişatında həlledici roll oynaya bilər. Dollar indeksi üzərində təzyiqlər artmaqda davam edərsə, funt dollar qarşısında 1.16$-a kimi bahalaşa bilər.
TRY.
Ötən həftənin cümə axşamı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının baş tutmuş toplantısında faiz dərəcələrinin 150 baza bəndi azaldılmasına baxmayaraq, FED-in monetar siyasətinə dair gələn yumşaq açıqlamalar fonunda USDTRY məzənnəsi 18.5500 hədlərinə kimi ucuzlaşdı.
GOLD.
Geriləyən dollar indeksi fonunda 1656$-a kimi bahalaşan qızılın bir unsiya üzrə dəyəri 1650$-ın üzərində möhkəmlənə bilsə, yenidən 1680$-a kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















