Dünyanın ən varlı ailələrinin reytinqi dərc edildi
Dünyanın ən varlı ailələrinin siyahısına Walmart və Mars sahibləri başçılıq edirDünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi olan Walmart-ın sahibi Uolton (Walton) ailəsi dördüncü ildir ki, Bloomberg-in dünyanın ən varlı ailələri reytinqinə başçılıq edir. Hazırda ən bu ailənin sərvəti 224,5 milyard dollar qiymətləndirilir. Maraqlıdır ki, il ərzində Uoltonlar 13,7 milyard dollar kasıblaşıb.
Marja.az xəbər verir ki, ilk 10-luğa aşağıdakı ailələr daxildir:
- Walton, gəlirinə görə dünyanın ən böyük pərakəndə şəbəkəsi olan Walmartın sahibləri - 224,5 milyard dollar (il ərzində - 13,7 milyard dollar azalıb)
- Mars, qənnadı məmulatları və ev heyvanlarına qulluq məhsullarının istehsalçısı olan Marsın sahibləri - 160 milyard dollar (il ərzində + 18 milyard dollar);
- Koch, Amerikanın Koch Industrues neft-kimya korporasiyasının sahibləri - 124,4 milyard dollar (+ 4,4 milyard dollar);
- Al Saud (Əl Səud), Səudiyyə kral ailəsi - 105 milyard dollar (+ 5 milyard dollar)
- Erme, Fransanın Hermes moda evinin sahibləri - 94,6 milyard dollar (-17 milyard dollar);
- Ambani, Hindistanın Reliance Industries neft hasilatı və emalı holdinqinin sahibləri - 84,6 milyard dollar (-9,1 milyard dollar);
- Wertheimer, Chanel moda evinin sahibləri - 79 milyard dollar (+17,2 milyard dollar);
- Cargill, MacMillan, Cargill kənd təsərrüfatı şirkətinin sahibləri - 65,2 milyard dollar;
- Tompson, Reuters xəbər agentliyinin nəzarət paketinin sahibləri - 61,2 milyard dollar;
- Hoffmann, Oeri, İsveçrə əczaçılıq şirkəti Roche Holdinqin azlıq sahibləri — 45,1 milyard dollar.
Ümumilikdə Bloomberg reytinqinə 25 ailə daxildir. Ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
- 20 d. əvvəl
- 29 d. əvvəl
-
40 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 44 d. əvvəl
-
56 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)




.jpg)





.jpg)






