“Expressbank” və Dövlət İqtisad Universiteti arasında memorandum imzalandı
(®) Sadəcə bank və maliyyə sektorunda deyil, təhsil və karyera planlaması sahəsində də uğurlu fəaliyyətini davam etdirən “Expressbank”, gənclərin və tələbələrin inkişafına dəstək olmaqdan, bu istiqamətdə səmərəli işlərini və əməkdaşlığını genişləndirməkdən məmnunluq duyur.
Daha bir sıx və uğurlu əməkdaşlığın təməli isə Azərbaycan Dövlət İqtisad Universitetində atılmışdır.
Belə ki, 26 oktyabr 2022-ci il tarixində “Expressbank” ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun iştirakı ilə “Expressbank” ASC və “UNEC” arasında gələcək əməkdaşlığa dair memorandum imzalanmışdır.
Görüş zamanı müasir dövrdə maliyyə təşkilatları ilə universitetlərin sıx əməkdaşlığının nəticələri, müəyyən bacarıqların həlledici əhəmiyyəti və digər strateji məsələlər haqqında faydalı müzakirələr aparılmışdır. Həmçinin, bank və universitet arasında olan əməkdaşlığın daha intensivləşdirilməsi və inkişafı nəzərdən keçirilmişdir.
“Expressbank” daim tələbələrin inkişaf yolunda onların yanında yer almaqdan və dəyər yaradan bank olmaqdan məmnundur və bu yöndə olan məhsuldar fəaliyyətini davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 33 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























