"Azərbaycanda daha ucuz elektrik avtomobillərin satışını təşkil edəcəyik" - YENİ ŞİRKƏTİN RƏHBƏRİ
Avtomobil satışı və texniki xidməti sahəsində 20 illik təcrübəyə malik peşəkarlar tərəfindən “Onvolt” MMC şirkəti təsis edilib. "Onvolt" şirkəti Azərbaycanda ilk dəfə olaraq yalnız elektrik avtomobili satışı həyata keçirən satış-sərgi salonunu istifadəyə verib. Həmçinin şirkət 1 Noyabr 2022-ci il tarixində Bakıda Çinin premium elektromobil brendləri arasında dinamik inkişafı ilə seçilən “SKYWELL” brendinin yeni “SKYWELL ET5” modelini təqdim edib. Bir dəfə tam enerji yığmaqla 520 km məsafə qət edə bilən bu premium elektrik avtomobilinin qiyməti 98 min 600 manatdır.
"Onvolt" şirkətinin baş direktoru Həsən İsmayılov Marja.az-a bildirib ki, yaxın gələcəkdə satış-sərgi salonunda ucuz elektrik avtomobillərin də satışı təşkil olunacaqdır:
"“SKYWELL ET5” modeli premium seqmentdə olan elektrik avtomobildir. Biz yaxın gələcəkdə daha ucuz - Azərbaycanda satış qiyməti 30-50 min manat civarında olacaq elektrik avtomobillərinin idxalına başlamaq istəyirik. Hazırdaz Çinin bir neçə şirkətilə danışıqlar aparırıq".
Həsən İsmayılov qeyd edib ki, Azərbaycanda insanlar elektrik avtomobillərinə çox maraq göstərirlər: "Amma müşahidə edirik ki, elektrik avtomobillərinin özəlliklərini, üstünlüklərin ətraflı bilmirlər. Eyi zamanda, "biz yolda qala bilərik" düşünüb elektrikli avtomobil almaqdan qorxurlar. Niyə yolda qalırsan?! Batareyası tam dolduqda “SKYWELL ET5” ilə 520 km məsafə qət etmək mümkündür. Həmçinin artıq Bakıda və bir çox rayonlarda sürətli enerji doldurma stansiyaları mövcuddur".
Qeyd edək ki, təqdim edilən SKYWELL ET5 avtomobili, müasir lüks avtomobillərə məxsus bütün konfiqurasiyalar ilə tam təchiz olunmuşdur. Azərbaycana “Onvolt” MMC tərəfindən gətirilən SKYWELL ET5 avtomobilləri Avropa ölkələrinə ixrac üçün nəzərdə tutulmuş variantdadır və Avropa standartlarına tam cavab verir. Ölçüləri 4,698×1,908×1,696 mm olan, SUV seqmentinə aid SKYWELL ET5 avtomobili 204 at gücünə malikdir. Bu avtomobil tam dolu batareya ilə 520 km məsafəni qət edir. Avtomobilin batareyası 30 dəqiqə ərzində 70% enerji toplaya bilir.
Avtomobillərə 5 il və ya 150.000 km, batareyasına isə 8 il zəmanət verilir. Avtomobil müştərilərə beş ilədək müddətə, sərfəli kredit şərtləri ilə təklif olunur. SKYWELL ET5 avtomobillərinin satış və sərgi salonu Ceyhun Hacıbəyli 194 ünvanında yerləşir. Əlavə məlumat almaq və sınaq yürüşünə yazılmaq üçün (+994 12) 440 00 07 və (+994 99) 440 00 07 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz.
HƏMÇİNİN OXU: Tam enerji yığdıqda 520 km qət edə bilir – BAKIDA TƏQDİM EDİLDİ, QİYMƏT
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
7 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















