Xırdalanda qablaşdırıb, üzərində Daşkəsən rayonu, Bayan kəndi yazıb - SAXTA BAL İSTEHSALI
Bal məhsullarının satışının qadağan edilməsi, eləcə də bal məhsulunun istehsalının (emalı və qablaşdırılması) dayandırılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı qərar qəbul olunub.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta bal məhsulunun istehsalını dayandırıb.
Marja.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 1, ev 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Arif Oruc oğlu İsmayılova məxsus balın qablaşdırılması müəssisəsində planlı yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə istehlak müddəti bitmiş, üzərində qablaşdırma barədə məlumatlar olmayan, eləcə də qablaşdırılması Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Sabir küçəsindəki müvafiq ünvanda həyata keçirildiyi halda, markalanmasında qablaşdırılma yeri kimi Daşkəsən rayonu, Bayan kəndi qeyd edilən 1118.7 kq bal məhsulu aşkarlanıb. Müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı müəyyən edilib.
Yoxlama çərçivəsində müəssisədəki baldan nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən, məhsulun normativ texniki sənədlərin tələblərinə uyğun olmadığı aşkarlanıb.
Müəssisədə qeydə alınan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilib. İstehlak müddəti bitmiş, markalanması və sınaq nəticələri normativ texniki sənədlərin tələblərinə uyğun olmayan müxtəlif partiya bal məhsullarının satışının qadağan edilməsi, eləcə də bal məhsulunun istehsalının (emalı və qablaşdırılması) dayandırılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















