PAŞA Həyat beynəlxalq WebSummit-də iştirak edir
(®) Son illər əsas strateji istiqamətlərdən olan Rəqəmsallaşma üzrə inkişafını davam edən ölkənin lider həyat sığortası şirkəti PAŞA Həyat 1-4 noyabr 2022-ci il tarixlərində Lissabonda keçirilən beynəlxalq WebSummit-də iştirak edir.
Belə ki, daim innovativ həlləri ilə seçilən PAŞA Həyat şirkətinin əməkdaşları dünyanın ən böyük İT konfrans olan WebSummit-də şirkəti təmsil edərək, texnologiya sahəsində yeni təcrübə, bilik və yeniliklər barədə fikir mübadiləsi aparacaqlar. Bu da öz növbəsində ölkəmizə sığorta sahəsində yeni innovativ həllərin tətbiqinə və istifadəsinə zəmin yaradacaq.
Məlumat üçün bildirək ki, sözügedən sammit 2009-cu ildən etibarən hər il Lissabon şəhərində keçirilən dünyanın ən böyük texnoloji tədbirlərindən biridir. Hazırda bu konfrans “Avropanın ən böyük və ən mühüm texnologiya bazarına” çevrilib, və bu il 2000-dən çox startap və digər nəhəng İT şirkətləri də daxil olmaqla 70000 iştirakçının cəlb ediləcəyi gözlənilir.
Qeyd edək ki, Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
48 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























