PAŞA Holding-in təşkilatçılığı ilə İllik İnnovasiya Sammiti baş tutacaq
13 dekabr 2022-ci il tarixində PAŞA Holding-in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dəstəyi ilə İllik İnnovasiya Sammiti baş tutacaq.
Sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və beləcə ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.
Sammit zamanı ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin, dünyaca məşhur spikerlərin və yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, birtərəfli çıxışlar, startap təqdimatları, eləcə də “workshop”lar baş tutacaq.
Sammitə öz sahəsində yeniliklərə imza atmaq, innovasiya ekosisteminin bir parçası olmaq və düzgün əlaqələr quraraq inkişafa keçmək istəyən hər kəs dəvətlidir. Tədbir barədə daha ətraflı məlumat çatdırmaq məqsədilə sammitin vebsəhifəsi də fəaliyyət göstərir.
Bilet satışlarından əldə olunacaq gəlir regionlarda yaşayan və təhsil alan gənclərin və region əhalisinin innovasiya və ümumi təşəbbüskarlıq mövzuları və əlaqəli sahələrdə inkişafı üçün ayırılacaq.
Qeyd edək ki, sammit PAŞA Holding-in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Kapital Bank, Bakcell, PAŞA Bank, Visa, SOCAR, Azərbaycan Supermarketlər şəbəkəsi, PAŞA Technology, PAŞA Sığorta, PAŞA Həyat və PaşaPay şirkətlərinin maliyyə dəstəyi ilə həyata kiçiriləcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















