Tesla səhmləri 2020-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşdü
Musk şirkətin səhmlərinin bir hissəsini satdığı üçün Tesla səhmləri 2020-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb.Tesla səhmlərinin qiyməti 2020-ci ilin Noyabr ayından bəri ən aşağı səviyyəyə geriləyib. Şirkətin səhmləri 7%-dən çox ucuzlaşaraq biri 180 dollardan da aşağı düşüb.
Marja xəbər verir ki, kotirovkalar şirkətin rəhbəri İlon Maskın (Elon Musk) bu şirkətin səhmlərinin bir hissəsinin son satışına reaksiya verir.
Bakı vaxtı ilə saat 08:00-da Tesla səhmləri 7,2% ucuzlaşma ilə 177,59 dollardan ticarət olunub. Sonuncu dəfə Tesla səhmləri 2020-ci ilin noyabrında belə aşağı səviyyədə ticarət edib.
Çərşənbə günü ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sənədinə görə, Elon Musk təxminən 4 milyard dollar dəyərində 19,5 milyon Tesla səhmini satıb.
Eyni zamanda, Reuters çərşənbə axşamı bildirib ki, Tesla səhmlərinin ucuzlaşması investorların Muskın bu yaxınlarda aldığı Twitter-ə daha çox diqqət yetirəcəyindən qorxmaları ilə bağlıdır. İnvestorlar hesab edirlər ki, Tesla şirkətinə diqqət zəifləyə bilər. Bu səbəbdən bir çox investor Tesla səhmlərini satır. Qısası, investorlar qorxurlar ki, Twitter-i alan İlon Mask elektromobillər sahəsinə kifayət qədər diqqət yetirmir, halbuki bu seqmentdə rəqabət artmaqdadır. Oktyabrın sonundan bəri, Musk məhkəmə qərarı ilə Twitter-i satın almaq üçün müqavilə bağladıqdan sonra Tesla səhmləri artıq 15%-dən çox ucuzlaşıb. Forbes-in məlumatına görə, Tesla səhmlərinun ucuzlaşması ilə Maskın sərvəti artıq 192,4 milyard dollardan aşağı düşüb.
Amerika şirkəti Tesla Motors 2003-cü ildə elektrik nəqliyyat vasitələri və onlarla əlaqəli texnologiyaların istehsalçısı kimi təsis edilib. Elektrikli nəqliyyat vasitələri ilə yanaşı, şirkət öz texnologiyasından istifadə edərək akkumulyatorlar, elektrik mühərrikləri istehsal edir və onu Toyota və Daimler kimi digər avtomobil şirkətlərinə satır.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
- 30 d. əvvəl
-
30 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib























