Şirkətlərin kapital bazarından daha çevik maliyyələşmələri üçün portal yaradılır
Mərkəzi Bank tərəfindən emitentlərin kapital bazarından daha çevik maliyyələşmələri üçün xüsusi portal yaradılır.
Marja.az xəbər verir ki, bunu Bakı Fond Birjasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən “Emitent Günü” tədbirində Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov bildirib.
Samir İsmayılov qeyd edib ki, portalın bu ayın sonunadək istifadəyə verilməsi nəzərdə tutulur:
"Qiymətli kağızlar vasitəsilə maliyyələşmək istəyən şirkətlər elektron qaydada həm Mərkəzi Banka, həm Bakı Fond Birjasına, həm də Milli Depozit Mərkəzinə müraciət edə biləcəklər. Vahid pəncə prinsipi əsasında qiymətli kağızlrın qeydiyyatını, depozitar sistemdə saxlanılması üçün qəbulunu və listinqə çıxışını təmin etmək mümkün olacaqdır. Bu da şirkətlərin kapital bazarından maliyyələşmələrini asanlaşdıracaqdır".
Samir İsmayılov əlavə edib ki, Mərkəzi Bank müvafiq dövlət qurumları ilə səhm bazarının inkişafı üzrə stimullaşdırıcı vergi rejimini də müzakirə edir:
"Səhmdar cəmiyyətlərinə vergi güzəştlərinin verilməsilə bağlı layihə müzakirə edilir. Bu layihə ilə biz səhm bazarında inkişaf görmək istəyirik".
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















