“İnvestor” Stimullaşdırıcı lotereyasının dördüncü-sonuncu tirajının qalibləri müəyyənləşib
“İnvestor” Stimullaşdırıcı lotereyasının 15 noyabr 2022-ci il tarixində dördüncü tirajı keçirilmişdir.
Bakı Fond Birjasının yaydığı məlumata görə, bu “İnvestor” Stimullaşdırıcı lotereyasının sonuncu tirajıdır.
Dördüncü tiraj Bakı Fond Birjasının inzibati binasında KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş və Bakı Fond Birjasının rəsmi Facebook səhifəsində canlı yayımlanmışdır.
Dördüncü tirajda 14 sentyabr - 14 noyabr tarixlərində müvafiq şərtləri ödəyən lotereya biletləri oynanılmışdır və həmin lotereya biletlərinin içərisindən üç şanslı investor seçilərək hər birinə 1000 manat qazanmışdır. Dördüncü tirajın qaliblərini Siz də tanıyın:
İrina Yakovenko (Bilet nömrəsi İST 0773)
Elçin Eyvazov (Bilet nömrəsi İST 0257)
Jozef Jaroslaw Dawidczyk (Bilet nömrəsi İST 0708)
Qalibləri bir daha təbrik edir və bildiririk ki, “İnvestor” Stimullaşdırıcı lotereyası bundan sonra da istiqraz alıcılarını sevindirməkdə davam edəcəkdir. Belə ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarətdir və İnvestisiya Şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000 manat qazanmaq şansı təqdim edir.
Nəzərinizə çatdıraq ki, “İnvestor” stimullaşdırıcı lotereyası 9 mart 2022-ci il və 15 noyabr 2022-ci il tarix aralıqlarında 4 tirajda keçirilmişdir. İlk tiraj 10.05.2022-ci ildə, ikinci tiraj 13.07.2022-ci ildə, üçüncü tiraj isə 14.09.2022-ci ildə keçirilmişdir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















