İnvestorlara 15% gəlir təklifi - BOKT istiqraz emissiya edib
2020-ci ildən başlayaraq fəaliyyətini aktivləşdirən “REGIONAL” Bank Olmayan Kredit Təşkilatı MMC investorlardan ikinci dəfə maliyyə vəsaiti cəlb edir. Ötən il istiqrazlar vasitəsilə 420 min manat cəlb etmiş şirkətin yenidən maliyyə vəsaitinə ehtiyacı yaranıb. Səbəb təşkilatın satışının artmasıdır.
“REGIONAL” Bank Olmayan Kredit Təşkilatı MMC-nin direktoru Bəşir Cəbrayılov Marja.az-a bildirib ki, BOKT-un yeni istiqraz emissiyası dövlət qeydiyyatından keçib:
"Sayı 1000 ədəd, hər birinin nominal dəyəri 500 manat olan faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar üzrə illik 15% gəlirlilk nəzərdə tutulub. Faizlərin ödənişi hər ay aparılacaqdır. Qiymətli kağızları təşkilata müraciət etməklə əldə etmək mümkündür" (050 206 50 16 və 012 510 11 30, www.regionalbokt.az).
Bəşir Cəbrayılov qeyd edib ki, istiqrazların satışı qapalı şəkildə, birjadankənar həyata keçiriləcək.
KREDİT PORTFELİ TƏXMİNƏN 2 DƏFƏ ARTIB
“REGIONAL” Bank Olmayan Kredit Təşkilatı 2014-cü ildən Azərbaycan Mərkəzi Bankının xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. 2021-ci ildən başlayaraq təşkilat satışlarını artırır.
Bəşir Cəbrayılovun verdiyi məlumata görə, ötən ilin noyabr ayında “REGIONAL” BOKT-un kredit portfeli (müştərilərə verilmiş kredilər) təxminən 750 min manat ikən, hazırda 1,4 milyon manata çatıb:
"Pandemiyadan sonra iqtisadi aktivlik sürətlə bərpa olunub. Həm əhalinin, həm də kiçik və orta biznesin kreditlərə tələbatı artıb. Təşkilatımız istiqrazların yerləşdirilməsilə cəlb edəcəyi vəsaiti kreditləşdirmənin artırılmasına yönəldəcəkdir".
“REGIONAL” BOKT xidmət şəbəkəsini qurmağı, tezliklə ilk filialını istifadəyə verməyi də planlaşdırır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















