Taxıl müqaviləsinin uzadılması fonunda buğdanın qiyməti aşağı düşüb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracına dair razılaşmanın uzadılmasını elan etməsindən sonra CBOT-da (Chicago Board of Trade) buğda qiymətləri son 2,5 ayın ən aşağı səviyyəsinə düşüb.
Marja xəbər verir ki, CBOT-da buğdanın buşeli 7,93 dolları görüb ki, bu da sentyabrın 1-dən minimum səviyyədir.
BMT-nin baş katibi cümə axşamı bildirib ki, tərəflər Qara dənizdə taxıl dəhlizinin yaradılması üzrə sazişin müddətinin uzadılması barədə razılığa gəliblər. Razılaşmanın başlanğıcından indiyədək Ukrayna limanlarından 10 milyon tona yaxın taxıl ixrac edilib.
"Bazarların, xüsusən də buğda bazarının bütün diqqəti Qara Dəniz Taxıl Dəhlizi ilə bağlı xəbərlərə yönəlib", - "Price Futures Group"un analitiki Cek Skovil qeyd edib.
Beynəlxalq Taxıl Şurası (IGC) 2022-2023-cü kənd təsərrüfatı ilində dünya buğda istehsalı proqnozunu 1 milyon ton azaldaraq 791 milyon tona endirib. Şura dünya qarğıdalı istehsalı proqnozunu isə dəyişməyərək 1,166 milyard ton səviyyəsində saxlayıb.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
- 30 d. əvvəl
-
30 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
























