“PAŞA Bank”ın tərəfdaşlığı ilə “IV Beynəlxalq Bankçılıq Forumu” keçirilib
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” “VI Beynəlxalq Bankçılıq Forumu”nun tərəfdaşlarından biri olub.
Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq mövzusuna həsr olunan forum Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə 24-25 noyabr tarixlərində keçirilib.
Tənzimləyici qurumların, bankların, “fintech”lərin, beynəlxalq maliyyə təşkilatlarının və yerli səfirliklərin nümayəndələri bir araya gələrək post-covid dövründə bankçılıq, nağd pul dövriyyəsi, açıq bankçılıq yanaşması, rəqəmsal aktivlər, kibertəhlükəsizlik trendləri və digər mühüm istiqamətləri müzakirə ediblər.
“PAŞA Bank”ın Texnologiyalar blokunun baş direktoru Vüsal Xəlilov və informasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Akif Bağırov foruma spiker qismində qatılıblar. Vüsal Xəlilov kripkokartlar və kriptovalyutalar panelində iştirak edərək onların yan təsirlərindən danışıb. Akif Bağırov isə “PAŞA Bank”ın kibertəhlükəsizlik istiqamətindəki fəaliyyətinə dair mühüm məqamlara toxunub.
Xatırladaq ki, “PAŞA Bank” ölkənin maliyyə sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin aktiv iştirakçısı və təşəbbüskarıdır. Bu layihələr sırasında “Rəqəmsal Zirvələr”, “Risklərin idarə edilməsi konfransı 2022”, "DevOpsDays" konfransı və bir sıra digər tədbirləri qeyd etmək olar.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















