"Ziraat Bank Azərbaycan" VI Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı və iştirakçısı olub
(®) “Ziraat Bank Azərbaycan” ASC 24 və 25 Noyabr tarixlərində “Etibarli, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” şüarı altında həyata keçirilən VI Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı və iştirakçısı olub.
Forumun açılışında Türkiyə Banklar Birliyinin sədri və“Ziraat Bank Azərbaycan” ASC-in səhmdarı olan “Ziraat Bankası”A.Ş-in İdarə Heyətinin sədri cənab Alpaslan Çakar da çıxış edib.
Alpaslan Çakar çıxışında dünya iqtisadiyyatının hazırki vəziyyəti və bankçılıq sisteminə təsiri, bankçılıq sektorunun gələcəyi, rəqəmsal bankçılıq sisteminin inkişafı haqqında danışaraq, iqlim və ətraf mühit təhlükələrinin makro iqtisadiyyata təsirinə diqqət çəkib, bankçılıq sektorunda həyata keçiriləcək layihələrdə sözügedən nüansın diqqətə alınmasının lazımlığını vurğulayıb.
Forumun ikinci günündə “Ziraat Bankası” A.Ş.-in Maliyyə İnstitutları və beynəlxalq müxbir münasibətlər üzrə icraçı direktoru Gülbin Çakır, müxbir bankçılığın hazırki vəziyyəti və gələcəyi haqqında çıxış edərək, Dünya iqtisadiyyatında müştəri ödənişlərinin dinamikası, İSO 20022 standartlarının müxbir bankçılığa təsiri və müxbir bank əlaqələrində əhəmiyyət kəsb edən bir sıra məsələlər haqqında danışmışdır.
Qeyd edək ki, VI Beynəlxalq Bankçılıq Forumunun açılışında Alpaslan Çakar ilə yanaşı Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Azərbaycan Banklar Assosiasiyası prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının Milli Məclisi, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, sədri Tahir Mirkişili, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “Mastercard”ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal və digər məsul şəxslər çıxış edib. “Etibarli, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” şüarı ilə baş tutan forum Azərbaycan Banklar Assosiasiyası,Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Forumda “POST-COVİD dövründə bankçılıq: çağırışlar və imkanlar”, “Açıq bankçılıq: gələcək daha əlaqəlidir”, “Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru”, “Rəqəmsal aktivlər: bizi nə gözləyir”, “Müxbir münasibətlər”, “Kiber təhlükəsizlik trendləri” adlı yeddi panel ətrafında müzakirələr aparılmış, 50-dən çox spiker çıxış etmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, ölkəmizdə təşkil olunan bu nüfuzlu maliyyə və bankçılıq tədbirində iştirakına və tədbirin sponsorlarından biri olduğuna görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq görülmüşdür.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 saat əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
1 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
1 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 2 gün əvvəl
-
2 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
3 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
























