"Startaplarla bağlı bu ilin sonuna qədər çox əhəmiyyətli addımlar atılacaq"
Bu ilin sonuna qədər İKT sahəsində qanunvericiliyə ediləcək dəyişikliklər hesabına startaplar, həmçinin bu sahədə fəaliyyət göstərən şirkətlər üçün çox əhəmiyyətli addımlar atılacaq.
Bunu "Caucasus ventures" vençur fondunun təqdimatında Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
R.Nəbiyev əlavə edib ki, hazırda yeni sənədlər toplusu hazırlanır:
"Mövcud qanunvericiliyə dəyişiklik edilməklə regionda istər sosial ödənişləri ilə bağlı olsun, istərsə gəlir vergisi ilə bağlı olsun, istərsə də dividend ödənişlərinə nisbətdə kifayət qədər vacib sənədlər toplusu hazırlanıb. Hesab edirik ki, bu da qəbul olunmaqla bazara, ümumiyyətlə ekosistemin inkişafına öz töhfəsini vermiş olacaq.
Biz bilirik ki, mövcud qanunvericilikdə vençur maliyyələşməsi ilə bağlı müddəa yoxdur. Amma innovativ olduqda mövcud qanunvericilikdə bunun həlli yolları var. Mülki Məcəllədə belə imkanlar var ki, biz artıq bundan istifadə etmişik. Ancaq vençur maliyyələşməsi ilə bağlı, ümumiyyətlə bu istiqamətdə ekosistemin formalaşması üçün ayrıca qanunvericilik toplusu da hazırlanmaqdadır. Biz bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə işləyirik".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 35 d. əvvəl
-
- 2 saat əvvəl
- 16 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















