Unibank: Yüksək gəlirli Dollar istiqrazlarını xarici investorlar da alıb
“Unibank” KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 investor tərəfindən alınıb.
HƏMÇİNİN OXU: “Unibank”ın dollar istiqrazlarına xeyli sayda investor sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
Unibank-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, hərrac prosesi yüksək aktivliklə müşahidə olunub.
"Dollar istiqrazlarının alıcıları siyahısında yerli fiziki və hüquqi şəxslərlər yanaşı, xarici investorlar da var. Emissiyanın əsas hissəsini fiziki şəxslər əldə edib. Bu isə fiziki şəxslərin qiymətli kağızlar bazarına və “Unibank”a artan marağının göstəricisidir",- məlumatda bildirilir.
Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir. Bu qiymətli kağızlar hazırda ölkə bazarında dollar valyutasında təqdim olunan ən yüksək gəlirli istiqrazlardır. Emissiyanın təşkilatçısı və anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Emissiyanın "Açılış zəngi” mərasimində iştirak edən Unibank İdarə Heyəti sədrinin müavini Emin Rəsulzadə bildirib ki, yerli investorlarla yanaşı, xarici investorların da dollar istiqrazlarına olan yüksək marağı banka olan etibarı, qiymətli kağızların yüksək likvidliyinin diqqətəlayiq xüsusiyyətini göstərir:
“Yüksək likvidliyə malik bu qiymətli kağızların emissiyası Bank müştəriləri üçün yeni imkanlar yaradır. Bu, bizə müştəri kreditləşməsini, xüsusilə də mikro və KOS istiqamətində kredit artımını daha yüksək səviyyədə təmin etmək fürsəti verir. Digər tərəfdən isə bizim həm korporativ, həm də pərakəndə müştərilər bazar üçün kifayət qədər cəlbedici gəlirli olan bu istiqrazlardan yüksək və davamlı gəlir götürə biləcəklər. Biz çox şadıq ki, Unibank dinamik inkişaf edən qiymətli kağızlar bazarında həm adi, həm də subordinasiyalı istiqrazların, imtiyazlı səhmlərin ilk və ən aktiv emitentlərindən biridir”.
Qeyd edək ki, “Unibank”ın bütün qiymətli kağızları Bakı Fond Birjasının listinqinə daxil edilib. Bütün səhm və istiqrazların listinqə daxil edilməsi mövcud normativlərə və qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaşı, bankın dayanıqlı maliyyə, müasir korporativ idarəetmə və şəffaf hesabatlılıq göstəricilərinə malik olmasını nümayiş etdirir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 44 d. sonra
-
- 44 d. əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















