Əliyev "Biz Tiranada səfirlik açırıq" dedi, Rama "çox vacib bir məsələdir" şərhini etdi
İndi ölkəmizdə Azərbaycan səfirliyinin açılması çox vacib bir məsələdir.Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Xoş gəlmisiniz. Sizi bir daha görməyimə çox şadam. Əvvəla, Albaniyaya səfərim zamanı mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər. Mənim rəsmi səfərimin nəticələri olduqca müsbətdir. Bizim əlaqələrimiz güclənir və yeni imkanlar yaranır. Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir. Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq. Bir daha xoş gəlmisiniz.
x x x
Albaniyanın Baş naziri Edi Rama deyib:
-Təşəkkür edirəm cənab Prezident. Bu, mənim üçün şərəfdir. Mən də təşəkkürümü ifadə etmək istəyirəm. İcazə verin deyim ki, məsələlərin gedişatı ilə bağlı təəssüratım heyrətamizdir. İndi ölkəmizdə Azərbaycan səfirliyinin açılması çox vacib bir məsələdir. Qalan digər məsələlərə gəldikdə isə Siz dediyiniz kimi, biz işi davam etdirməliyik. Təşəkkür edirəm.
x x x
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi səhər yeməyi əsnasında geniş tərkibdə görüşü olub.
Daha sonra dövlətimizin başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi rəsm əsərini və Leyla Əliyevanın əsərlərinin kataloqunu qonağa hədiyyə edib..
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























