Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə nəqli məsələsi müzakirə olunacaq
Türkmən qazının Rusiyadan istifadə etmədən müxtəlif marşrutlarla nəqli planları keçmişdə uğurlu olmamışdı. Lakin Ukraynanın işğalı və işğalın enerji bazarlarına mənfi təsiri əvvəllər mümkün olmayan müxtəlif enerji marşrutu ideyalarının canlanmasına səbəb olub.
Gələn həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan və Azərbaycan liderləri ilə türkmən qazının Türkiyə vasitəsilə Avropaya nəqli ideyasını müzakirə edəcək.
Marja "Bloomberg”ə istinadən xəbər verir ki, Türkmənistan qazının TANAP vasitəsilə əvvəlcə Azərbaycana, sonra isə Türkiyəyə nəqli məsələsinin müzakirə olunacaq.
Mənbələr bildiriblər ki, türkmən qazının dəniz yolu ilə Azərbaycana nəqli və oradan TANAP vasitəsilə Türkiyə üzərindən nəqli ideya gündəmdədir.
Təklif olunan plan üzrə qazın təhvilinin nə vaxt həyata keçiriləcəyi və ya planın qısa müddətdə texniki cəhətdən mümkün olub-olmayacağı bəlli deyil. Türkmən qazının Rusiyadan istifadə etmədən müxtəlif marşrutlarla nəqli planları keçmişdə uğurlu olmamışdı. Lakin Ukraynanın işğalı və işğalın enerji bazarlarına mənfi təsiri əvvəllər mümkün olmayan müxtəlif enerji marşrutu ideyalarının canlanmasına səbəb olub.
Türkiyə Avropa ilə Asiya arasında strateji yerləşməsi və Qara dənizə çıxışa nəzarəti sayəsində əsas enerji dəhlizinə çevrilmək üçün çalışır.
Türkiyə də iqtisadi və diplomatik əlaqələrini gücləndirmək üçün enerji layihələrindən faydalanmaq istəyir. Bu yaxınlarda TANAP-ın gücünün iki dəfə artırılaraq 32 milyard kubmetrə çatdırılması qərara alınıb.
Rusiyanın Avropa İttifaqına təbii qaz tədarükünü kəsməsi enerji qiymətlərində sıçrayışa səbəb olub.
Azərbaycan qazı Avropanın Rusiyadan tədarük boşluğunun doldurulmasında rol oynasa da, Türkmənistanın böyük ehtiyatları əsasən istifadə olunmur. Türkmənistan öz qazını Avropaya göndərə bilmir, çünki neftinin Xəzər dənizi üzərindən boru kəmərləri ilə nəqlinə dair razılaşmalar yerinə yetirilməyib.
BP-nin Dünya Enerji Statistikası Hesabatına əsasən, Türkmənistanın təbii qaz təchizatının üçdə biri Çin göndərilir. Qalanı isə ölkə daxilində istifadə edilir və Rusiyaya tədarük edilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
6 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
7 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
