Bazarlar FED-in faiz qərarına fokuslanıb - BU GÜN AÇIQLANACAQ
Bu gün FED-in növbəti iki günlük iclası başa çatır. CME Group-un məlumatına görə, ekspertlərin 79%-i güclü makroiqtisadi məlumatlar fonunda tənzimləyicinin faiz artımınının tempini 50 baza bəndinə qədər yavaşlatacağını gözləyir. Beləliklə, göstərici illik 4,25-4,5% təşkil edəcək. Bundan əvvəl FED, faizini ardıcıl 4 dəfə 75 baza bəndi qaldırmışdır.
Bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) faiz qərarına fokuslanıb.
Marja.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da FED faiz qərarını açıqlayacaq. Saat 23:30-da isə FED sədri Jerome Powell-in mətbuat konfransı başlayacaq.
FED-in iclasında hansı faiz qərarının veriləcəyi maraq mövzusudur. Məlum olduğu kimi, noyabr iclasında da FED uçot dərəcəsini 75 baza bəndi artıraraq faizini 3,75% - 4,00 % aralığına yüksəldib.
FED-in bu gün başa çatacaq iclasında faizini 50 baza bəndi də artıraraq 4,25% - 4,50 % aralığına çatdıracağı gözlənilir.
İnflyasiyanın aşağıya doğru meylinin daha aydın görünməsi ilə, FED-in daha yavaş, 50 bəndlik faiz artırımı ilə davam edəcəyi proqnozlaşdırır.
ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin noyabr ayında 2021-ci ilin noyabr ayı ilə müqayisədə 7,1% artıb. Bir ay əvvəl bu rəqəm 7,7% idi.
Digər tərəfdən, 2023-cü il qızılın ili ola bilər. Analitiklər bildirirlər ki, Dollar/ Yapon yeni məzənnəsi burada çox önəmlidir. Hal-hazırda məzənnə 135 yen səviyyəsindədir və 135-dən də aşağı düşə bilər. Dollar/yen məzənnəsinin 130-125 yen aralığına geriləməsi ilə qızılın unsiyasının qiymətinin 1850-1930 dollar aralığına yüksələcəyi proqnozlaşdırılır.
Həmçinin, FED makroiqtisadi proqnozlarını yeniləyəcək, daha sonra isə FED-in rəhbəri Cerom Pauel mətbuat konfransında çıxış edəcək. Bazarlar FED-in gələcək monetar siyasətinə dair siqnallar, eləcə də iqtisadiyyatdakı vəziyyətin qiymətləndirilməsini gözləyəcək.
Cümə axşamı Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Bankının (BoE) iclasları da olacaq. Analitiklər hər iki tənzimləyicinin dərəcələri 50 baza bəndi artıraraq müvafiq olaraq 3,5% və 2,5%-ə çatdıracağını gözləyirlər. Bundan əvvəl onlar FED kimi faizləri 75 baza bəndi artırmışdılar.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 saat sonra
-
21 d. əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
54 d. əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
1 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
1 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Ən çox oxunanlar

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
