Azərbaycandan xaricə köçürülən pul baratları kəskin artıb - 522 MİLYON DOLLAR KÖÇÜRÜLÜB
2022-ci ilin 9 ayı üzrə Azərbaycanın tədiyə balansının əsas göstəricilərinə görə, təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 3.5 milyard məbləğində qiymətləndirilmişdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2022-ci ilin 9 ayı üzrə Tədiyə balansında bildirilir.
Daxilolmalar 2.9 milyard dollar, ödənişlər isə 0.6 milyard təşkil etmişdir. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 96.4%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 2.5%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.1%- ni isə digər daxilolmalar təşkil edib.
Ölkəyə göndərilən pul baratlarının həcmi 3.6 dəfə artaraq 2.8 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 29.6% artaraq 522 milyon dollar (0,5 milyard dollar) olmuşdur. Nəticədə pul baratları üzrə 2.3 milyard dollar müsbət saldo yaranmışdır.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 2.3 milyard dollar (6.3 dəfə artım) təşkil etmişdir.
Təkrar gəlirlər balansı cari transfertlər, o cümlədən pul baratları, humanitar yardımlar, qrantlar və s. maddələr üzrə daxilolma və xaricolma əməliyyatlarının saldosu əsasında formalaşır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















