Azərbaycanda qaz hasilatı 7 faiz artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 42,5 milyard kubmetr təbii qaz hasil edilib.
Qazın 12,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 23 milyard kubmetri “Şahdəniz”dən, 7,3 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2021-ci ilin müvafiq dövrünə nisbətən 7 faiz, yəni 2,8 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 20,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur. 11 ayda Avropaya 10,3 milyard kubmetr, Türkiyəyə 7,6 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Bu dövrdə Türkiyəyə TANAP vasitəsilə 5,2 milyard kubmetrə yaxın qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 01 dekabr tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 202,3 milyard kubmetr, “Şahdəniz”dən isə 180,5 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 126,1 milyard kubmetr həcmi ixraca nəql edilib.
2022-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə 29,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 18,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,1 milyon ton təşkil edib.
Hesabat dövründə 24 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 22,7 milyon tona yaxını konsorsiumun, 1,3 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2022-ci il tarixinədək 605 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 565,2 milyon ton neft, “Şahdəniz”dən isə 39,8 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 01 dekabr tarixinədək 603 milyon tonu ixraca nəql edilib.
Ölkədə neftin emalı 2022-ci ilin 11 ayı ərzində 5,7 milyon ton təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 16 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















