Dolların 2023-cü ildə yenidən bahalaşacağı gözlənilir
Analitiklər: ABŞ dolları 2023-cü ildə yenidən güclənəcək. Bəzi bazar ekspertləri gələn il dolların 7-10% civarında bahalaşmasının mümkünlüyünü qeyd edirlər.Son iki ayda ABŞ dolları, sentyabr ayında çatdığı ən yüksək səviyyəsi ilə müqayisədə, dünya valyuta bazarında bir qədər ucuzlaşıb. Avro və yen qarşısında zəifləmə 8%, yuana nisbətdə isə 5% təşkil edir.
Marja-nın məlumatına görə, bir sıra analitiklər bildirir ki, bu, müvəqqəti prosesdir - gələn il ABŞ valyutası yenidən güclənəcək.
Analitiklər qeyd edir ki, bu il ABŞ-da yüksək inflyasiya ilə mübarizə məqsədilə mərkəzi bank FED-in monetar siyasətini son 40 ildə ən sürətli sərtləşdirməsi dövrü (faizləri artırıb), Ukraynada müharibə və enerji böhranı, habelə Avropadan ABŞ-a kapital axını fonunda dollar kəskin möhkəmlənib. Son iki ayda dolların müvəqqəti ucuzlaşması yalnız FED-in faiz artırmaq tempini yumşaltması ilə əlaqədardır.
2023-cü ildə ABŞ dollarına - qlobal tənəzzül (qlobal iqtisadi böhran), eləcə də geosiyasi ziddiyyətlər, deqloballaşma, rekord səviyyələrə çatan yığılmış borclar, yüksək inflyasiyalar fonunda Qərb mərkəzi banklarının faiz dərəcələrini sürətlə yüksəltmələri, enerji və ərzaq böhranları dəstək olacaq. Ehtimal ki, gələn il qlobal iqtisadi tənəzzülə baş verəcək.
“Resessiya nəticəsində şirkətlərin mənfəəti azalacaq və qlobal investorlar çox güman ki, fond bazarından və digər riskli aktivlərdən çıxaraq dollara üstünlük verəcəklər və bu, onun daha da möhkəmlənməsinə səbəb olacaq”, - analitiklər bildirir.
Dollara əlavə dəstək 2023-cü ilin birinci yarısında FED-in 5,25 %-ə qədər uçot dərəcəsini artırmasından gələcək. Əgər ABŞ-da inflyasiya yüksək qalmaqda davam edərsə və iqtisadiyyatda "kök salsa", FED faiz dərəcələrini daha da yüksəldəcək. Bəzi bazar ekspertləri dolların əsas məzənnəsinin illik 7-10%-ə qədər artmasının mümkünlüyünü qeyd edirlər.
Dolların bahalaşması bütün dünyadan investorları öz əmanətlərini dollar aktivlərinə yatırmağa təşviq edir.
Yeni ildə Yaxın Şərqdə və ya ABŞ-Çin xəttində geosiyasi kəskinləşmələr istisna edilmir. Qlobal qeyri-müəyyənliyin artması halında investorlar ənənəvi olaraq ən çox qorunan və likvid aktivə - ABŞ dollarına daxil olacaqlar.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















