İnvestisiya layihələrinin həcmi ilə bağlı minimal məbləğ müəyyən edildi
“İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ” təsdiq edilib.
Marja xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, müəyyən edilib ki: investisiya təşviqi sənədi aşağıdakı layihələri təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara 2023-cü il yanvarın 1-dən 3 il ərzində verilir:
- sənaye məhəllələrində və aqroparklarda həyata keçiriləcək layihələr;
- turizm və rekreasiya zonalarında həyata keçiriləcək layihələr;
- Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda həyata keçiriləcək layihələr;
- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçiriləcək strateji investisiya layihələri;
paylarının (səhmlərinin) 30 (otuz) faizi və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslərə bu Fərmanda qeyd olunan layihələr üzrə investisiya təşviqi sənədi verilmir.
Nazirlər Kabineti:
- investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısını üç ay müddətində təsdiq etsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İqtisadiyyat Nazirliyi bu Fərmanda nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətlərinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əsas vəsaitlərin əldə olunması (alınması, istehsal edilməsi, tikilməsi və ya quraşdırılması) ilə bağlı ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

XXX
İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ
İFNT (sinfin, məhsulun) kodu | İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri | İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ (milyon manatla) | |||
sənaye məhəllələri | aqroparklar | turizm və rekreasiya zonaları | müvafiq ərazilər* | ||
1 | 2 | 3 | 4 | 5 | 6 |
03.22 | Balıq yetişdirmə | - | 0,5 | - | 0,3 |
10 | Qida məhsullarının istehsalı | 0,5 | 0,5 | - | 0,3 |
11 | İçki istehsalı | 0,5 | 0,5 | - | 0,3 |
12 | Tütün məmulatlarının istehsalı | 0,5 | 0,5 | - | 0,3 |
13 | Toxuculuq sənayesi | 0,5 | 0,5 | - | 0,3 |
14 | Geyim istehsalı | 0,5 | - | - | 0,3 |
15 | Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı | 0,5 | 0,5 | - | 0,3 |
16 | Mebeldən başqa ağacın emalı və ağacdan məmulat və tıxac istehsalı; Hopdurma və hörmə material istehsalı | 0,5 | 0,5 | - | 0,3 |
17 | Kağız və karton istehsalı | 0,5 | 0,5 | - | 0,3 |
19.20 | Təmizlənmiş neft məhsulları sinfindən sürtkü yağlarının istehsalı | 1 | - | - | 0,5 |
20 | Kimya sənayesi | 1 | - | - | 0,5 |
21 | Əczaçılıq məhsullarının istehsalı | - | - | - | 5 |
22 | Rezin və plastmas məmulatların istehsalı (15 mikrona qədər olan polietilen torbaların və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istehsalı istisna olmaqla) | 0,5 | 0,5 | - | 0,5 |
23 (23.63; 23.64; 23.99.13 istisna) | Digər qeyri-metal mineral məhsulların istehsalı ** (əmtəə betonu, quru beton qatışığı siniflərinə daxil olan məhsulların istehsalı, digər qruplara daxil edilməyən sair qeyri-metal mineral məhsullar sinfindən asfalt istehsalı istisna olmaqla) | 0,5 | - | - | 0,5 |
25 | Maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı | 0,5 | - | - | 0,5 |
26 | Kompüter, elektron və optik məhsul istehsalı | 0,5 | - | - | 0,5 |
27 | Elektrik avadanlığı istehsalı | 0,5 | - | - | 0,5 |
28 | Maşın və avadanlıq istehsalı | 0,5 | - | - | 0,5 |
29 | Avtomobil, qoşqu və yarımqoşquların istehsalı | 1 | - | - | 1 |
30 | Sair nəqliyyat vasitələrinin istehsalı | 1 | - | - | 1 |
31 | Mebel istehsalı | 0,5 | - | - | 0,5 |
32 | Sair sənaye məhsullarının istehsalı (zərgərlik məmulatları, musiqi alətləri, idman malları, tibb avadanlığı, oyun və oyuncaq istehsalı) | 0,5 | - | - | 0,5 |
35.11 | Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı | 0,5 | 0,5 | - | 0,5 |
38.32 | Tullantıların emalı və başqa məqsədlə istifadəsi, tullantıların təkrar xammala çevrilməsi (metal tullantıları istisna olmaqla) | 0,5 | 0,5 | - | 0,5 |
55.1 | Mehmanxanalarda və digər yerləşmə vasitələrində xidmət göstərilməsi | - | - | 0,5 | - |
55.2 | Kiçik yaylaq evlərində və qısa müddət qalmaq üçün digər yerlərdə xidmət göstərilməsi | - | 0,2 | 0,2 | - |
55.3 | Kempinqlərdə, avtoqoşqu evlərdə və avtoqoşqu evlərin dayanacaqlarında xidmət göstərilməsi | - | - | 0,2 | - |
82.9 | Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması | 0,5 | 0,5 | - | - |
93.2 | İstirahət və əyləncələrin təşkili üzrə fəaliyyət | - | - | 0,5 | - |
İxtisarlar: İFNT‒ İqtisadi Fəaliyyət Növlərinin Təsnifatı (III versiya, 2008-ci il)
* Müvafiq ərazilər: Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlar.
** Sement istehsalı üzrə investisiya təşviqi klinker istehsal etməyən sement müəssisələrinə şamil edilmir.
Qeydlər:
1. Sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları müvafiq ərazilərdə yaradıldıqda investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ müvafiq olaraq sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonalarına münasibətdə tətbiq edilən minimal məbləğ qədər hesablanır.
2. İki və daha artıq iqtisadi fəaliyyət bir layihə çərçivəsində həyata keçirildikdə müvafiq iqtisadi fəaliyyət sahələri üzrə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğlər cəmlənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
38 d. əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























