“Kapital Bank”ın səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək
20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC ümumi dəyəri 19,999,999.95 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumata görə, 22 dekabr 2022-ci il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
Adi adlı sənədsiz səhmlərin sayı 1 614 205 ədəd, hər birinin nominal dəyəri 13,39 manatdır.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
XXX
Xəbər verdiyimiz kimi,“Kapital Bank” ASC-nin nizamnamə kapitalı 20 milyon manat və ya 8,1% artırılır. Bu barədə 17 noyabr 2022-ci il tarixində “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağında qərar qəbul edilib.
Qərar əsasən, Bankın nizamnamə kapitalı təxminən 245 milyon 850 min manatdan 265 milyon 850 milyon manata qaldırılır.
"Nizamnamə kapitalı 265 849 999.80 manat olmaqla səhmdarlar tərəfindən əldə edilmiş səhmlərin nominal dəyərindən təşkil olunub. Bankın səhmlərinin hər birinin nominal dəyəri 12,39 manatdır”, - “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə edilmiş dəyişiklikdə bildirilir.
Qərarda qeyd edilib ki, səhmlərin ümumi sayı 21 456 820 ədədir.
Səhmlər növünə və formasına görə aşağıdakı qaydada bölünür:
Səhmin növü adi, forması sənədsiz adlı – 16 614 205 ədəd;
Səhmin növü qeyri-kumulyativ müddətsiz imtiyazlı, forması sənədsiz adlı –4 842 615ədəd.
Xəbər verdiyimiz kimi, "Kapital Bank" ASC 2022-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 210 milyon 609 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Kapital Bankı"ın xalis mənfəəti 75 milyon 428 min manat və ya 55,8% artıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















