“PAŞA Həyat”ın 2022-ci il üzrə sosial məsuliyyət yönümlü fəaliyyəti
(®)Ölkənin lider həyat sığorta şirkəti biznes hədəflərinə artıqlaması ilə nail olmaqla və ölkə iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı cəmiyyət qarşısında olan məsuliyyətini unutmur və davamlı olaraq Korporativ Sosial Məsuliyyət çərçivəsində sistemli xarakter daşıyan layihələr icra edir.
PAŞA Həyat 2022-ci ildə bir sıra uğurlu layihələri ilə yadda qalıb. Belə ki, il ərzində şirkət müxtəlif istiqamətlər üzrə işlər həyata keçirib - sosial aksiyalar, tarixi-mədəni irsə töhfə, ianə və maliyyə yardımları.
Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə 8 Mərd şəhid xanımına həsr olunmuş qısametrajlı film hazırlanmış və təqdimatı həyata keçirilmişdi. Kifayət qədər səs salan videoçarxda 8 müxtəlif peşə sahəsində çalışan 8 şəhid xanımının mərdliyi, əzmkarlığı vurğulanaraq, bütün qadınlara onlar kimi güclü olmağa və bütün çətinliklərə sinə gərməyə çağırış ifadə olunub (8 Mərd - YouTube).
2022-ci il mart ayında həyata keçirilən növbəti KSM tədbiri çərçivəsində PAŞA Həyat və Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (ASA) təşkilatçılığı ilə Şamaxı və Qarabağda ağacəkmə aksiyası keçirildi. Aksiya daxilində 2 hektar əraziyə ağac əkilərək suvarma işləri aparılıb.
İl ərzində şirkət Qızıl Aypara Cəmiyyəti ilə birgə Novruz, Ramazan, Qurban bayramları ərəfəsində ahıllara bayram sovqatları ilə dəstək olub. Qeyd edək ki, PAŞA Həyat şirkəti Qızıl Aypara Cəmiyyətinin 100 illik yubileyi münasibətilə faydalı əməkdaşlıq çərçivəsində qızıl medal ilə təltif olunub.
May ayı ərzində Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə qazi və şəhid ailələrinə dəstək aksiyası həyata keçirilib.
2 aprel Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü və “PAŞA Həyat” şirkətinin dəstəyilə autizmli uşaqlar üçün geniş proqram təşkil olunub ((2) Watch | Facebook).
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “PAŞA Holding” və “PAŞA Həyat” şirkətləri tərəfindən “Gerçək Gələcək” sosial layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində Ümid Yeri” uşaq sığınacağının balaca sakinlərinin pərəstiş etdikləri peşə sahibləri ilə onların iş yerlərində görüşlər təşkil edilib. Əlavə olaraq, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Buzovna qəsəbəsində yerləşən “7 saylı Vərəm Əleyhimə Uşaq Dispanser”inə dəstək aksiyası həyata keçirilib (Gərçək Gələcək - YouTube).
Yay aylarında PAŞA Həyat tərəfindən fəqrli düşərgələrə dəstək olunub, gənclər üçün təlimlər keçirilib və dəyərli hədiyyələr paylanılıb - iyul ayında "PAŞA Həyat"ın dəstəyilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi", müvafiq olaraq 2-8 avqust və 29-30 avqust tarixlərində Şuşada təşkil olunmuş Diaspor Gənclərinin “Şuşa-270” III Yay Düşərgəsi və “Şuşa İli” çərçivəsində “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi, 4 iyul tarixindən avqust ayının sonuna qədər “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsi.
15 Sentyabr Bilik gününə həsr olunmuş Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və PAŞA Həyat şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Bilik həftəsi” adlı tədbir çərçivəsində bir qrup Vətən müharibəsi şəhidinin övladları ilə görüş keçirilərək yeni tədris ili üçün zəruri olan məktəb ləvazimatları hədiyyə olunub. Həmçinin sözügedən təşkilat ilə birgə noyabr ayında məktəblərə şirkət tərəfindən istifadə üçün avadanlıqlar hədiyə olunub.
1 Oktyabr – Beynəlxalq ahıllar Gününə həsr olunmuş sosial videoçarx ərsəyə gəlib. Çəkilişə cəlb olunan və digər ahıllara maddi dəstək olunub ((2) Facebook).
Noyabr ayında Vətən Müharibəsi "PAŞA Holding" və "PAŞA Həyat" şirkətinin birgə təşkilatçılığı ilə "Qəhrəman övladıyıq" adlı şəhidlərə həsr olunmuş bədii kompozisiya təqdim edilib. Qeyd edək ki, mahnının müəllifi Vətən müharibəsi şəhidinin həyat yoldaşı, ifaçılar isə Vətən uğrunda canını qurban verən şəhidlərimizin övladları olub (Qəhrəman övladıyıq - YouTube).
İlin sonu Qızıl Aypara Cəmiyyətinin dəstəyilə PAŞA Həyat şirkəti tərəfindən kimsəsiz, ehtiyacı olan uşaqlara qış geyimləri hədiyyə edilib.
Qeyd edək ki, Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
-
21 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 23 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ
-
3 saat əvvəl
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
-
3 saat əvvəl
Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Ən çox oxunanlar
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır





















