Parklardakı attraksionların bir çoxunun istismar müddəti bitir, amma onlar sökülmür
Parklarda və əyləncə mərkəzlərində olan istismar müddəti bitmiş attraksionlar təkrar müayinə və yoxlamalardan keçirilir.
Bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsizlik görülməsində nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov jurnalistlərə keçirilən təlimdə deyib.
O bildirib ki, müfəttişlik tərəfindən parklarda və əyləncə mərkəzlərində attraksionlarla bağlı yoxlamalar aparılır:
"Parklarda olan attraksionların bir çoxunun istismar müddəti bitir. Bu, o demək deyil ki, həmin attraksion sökülür. Müəyyən yoxlamalar və müayinələr aparılır. Onun növbəti müddət üçün yararlı olub-olmadığı müəyyən edilir. Yoxlamaların nəticəsindən asılı olaraq, attraksionların fəaliyyətinə icazə verilir. Təhlükəsizliklə bağlı sertifikatlar alınandan sonra həmin attraksionların fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilir. Yoxlama zamanı attraksionla bağlı təhlükəli hal varsa, dərhal onun fəaliyyəti dayandırılır".
Müfəttişliyin rəisi qeyd edib ki, attraksionlar sahibkar tərəfindən də təhlükəsizlik cihazları ilə gündəlik yoxlanmalıdır: "Bizim tərəfimizdən diaqnostikalar aparılır. Ayda bir dəfə attraksionlar təhlükəsizliklə bağlı yük vurularaq yoxlanılmalıdır. Attraksionlarla bağlı müəyyən kurslar keçmiş operatorların olması və fəaliyyət göstərməsi vacib haldır. Tərəfimizdən bu cür məsələlər də parklarda və əyləncə mərkəzlərində yoxlanılır".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 13 d. əvvəl
-
- 27 d. əvvəl
- 30 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti























