"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" xalis mənfəətində 2,6 dəfə artım olduğunu açıqladı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin 1-ci yarısını 48 milyon 742 min manat xalis mənfəət ilə başa vurub. Dövlətə məxsus şirkət 2021-ci ilin eyni dövrünü 18 milyon 771 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ASCO-nun xalis mənfəətində 2,6 dəfə artım qeydə alınıb.
Marja.az xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin gəlirləri 2021-ci ilin ilk yarısında 225 milyon 942 min manat ikən, 2022-ci ilin ilk yarısında 287 milyon 873 min manat təşkil edib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin cəmi aktivləri 30 İyun 2021-ci il tarixində 1 milyard 270 milyon 904 min manat ikən, 30 iyun 2022-ci il tarixində 1 milyard 308 milyon 376 min manata çatıb. Şirkətin cəmi kapitalı isə 1 milyard 73 milyon 364 min manatdan 1 milyard 134 milyon 991 min manata yüksəlib.
30 İyun 2022-ci il tarixində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" 173 milyon 385 min manat cəmi öhəliklərə malik olub. ötən ilin eyni dövründə öhdəliklər
150 MİLYON MANATLIQ İSTİQRAZ BURAXILIŞI
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 150 min ədəd faizli, təmin edilməmiş, sənədsiz istiqrazlar emissiya edəcəyini bəyan edib. İlkin mərhələdə istiqrazların 100 min ədədlik hissəsi yerləşdiriləcəkdir. İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi illik 6%, tədavül müddəti 5 ildir. Kupon faizləri hər 6 aydan bir ödəniləcəkdir. İstiqrazların yerləşdirilməsindən əldə olunan vəsaitlərin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Xəzərdən kənar hövzələrdə genişlənmə strategiyasına uyğun olaraq daha iri tutumlu tankerlərin alınmasının maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Təklif edilən təminatsız istiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















