Şimal bölgəsi: 21 santimetr qar, -17 dərəcə şaxta
Azərbaycanın şimal bölgəsində ən çox qar Qubanın Xaltan kəndinə yağıb. Burada qarın hündürlüyü 21 santimetrə çatır. Qubanın rayon mərkəzində isə 20 santimetr qar var.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, şimal rayonlarında ən aşağı temperatur ( -17,3 dərəcə) Qubanın Qırız kəndində qeydə alınıb. Maraqlıdır ki, Qırız və Xınalıq kəndlərində qarın hündürlüyü cəmi 1 santimetrdir.
Qusarın rayon mərkəzində 13, Ləzədə 10, Xızı rayonunun Altıağac qəsəbəsində 16 santimetr hündürlüyündə qar qeydə alınıb.
Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.
Qarın yağdığı ilk gündə yollarla bağlı ən ciddi problem Quba-Qusar yolunda qeydə alınıb. Yolun Digah kəndi ərazisindən keçən hissəsindəki dolaylarda, eniş və yoxuşlarda avtomobillərin hərəkəti çətinləşib. Bəzi hallarda avtomobillərin yolda ilişib qalması səbəbindən hərəkət müvəqqəti dayanıb.
Çətinlik yaşanan əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba və Qusarda yerləşən yerli idarələrinin növbətçi briqadaları, həmçinin yol polisi əməkdaşları cəlb olunub. Yolda avtomobillərin hərəkəti bərpa edilib.
Hazırda Quba-Qusar, həmçinin Quba–Xınalıq yollarında ağır texnika ilə təmin edilən növbətçi briqadalar fəaliyyət göstərir. Bununla belə təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.
Bütün şimal bölgəsində qar yağmaqda davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
38 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 40 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub


















.jpg)


