Prekursorlar ilə bağlı qaydalara dəyişiklik edilib
Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi qaydalarına dəyişiklik edilib.
Nazirlər Kabinetinin 9 №-li Qərarına dair İzahında bildirilir ki, qərarda prekursorların illik tələbata uyğunluğu yoxlanıldıqdan sonra ölkəyə buraxılması mexanizmi tənzimlənir.
Bununla bağlı Qərarda prekursorların illik tələbatının təsdiq edilməsi, həmçinin illik tələbatın həcminin dəyişdirilməsi barədə qəbul edilmiş qərarın real vaxt rejimində İqtisadiyyat və Səhiyyə nazirlikləri tərəfindən prekursorların idxalına ixracına, tranzit nəql edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə göndərilməsi barədə müddəalar nəzərdə tutulmuşdur.
Həmçinin Qərarda prekursorlara olan illik tələbat barədə müraciətə prekursorların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, mənşəyi və istifadə məqsədinə dair məlumatların əlavə edilməsi ilə bağlı müddəlar əks olunmuşdur.
Prekursorlar - narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması məqsədilə istifadə edilən kimyəvi maddələr və onların duzları, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və dövriyyəsi məhdudlaşdırılmış kimyəvi maddələr və onların duzlarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























