İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinə icazə “bir pəncərə”dən veriləcək
Azərbaycanda avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) “bir pəncərə” sistemi vasitəsi ilə həyata keçiriləcək.
Bu, “Avtomobil nəqliyyatı haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihələrində öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən xüsusi icazənin verilməsi üçün elektron xidmət təşkil ediləcək və daxil olan müraciətə aidiyyəti üzrə baxılması üçün müraciət həmin qurumlara elektron sistem üzərindən yönləndiriləcək.
Mümkün sui-istifadə hallarının istisna edilməsi məqsədilə xüsusi icazənin verilməsi üçün dövlət rüsumu, həmçinin iriqabaritli və/və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət (DİN) və mühafizə (AAYDA) avtomobili ilə müşayiəti, eləcə də marşrutun müəyyən edilməsi üçün xidmət haqqı müəyyən ediləcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mikrişili bildirib ki, yeni dəyişiklik sektora üstünlük gətirəcək: “Azərbaycan regionda yeganə ölkədir ki, “İcazə” blankı olmayan və ya xarici dövlətlərlə qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə/ərazisindən daşıma həyata keçirməsinə imkan yaradır. Bu hal Azərbaycan daşıyıcılarının rəqabət qabiliyyətinə mənfi təsir göstərməklə, bu sahənin inkişafına əngəl yaradır. Bu imkandan bir çox hallarda öz dövlətində beynəlxalq daşımalara buraxılmayan və aidiyyəti qurumlarından icazə ala bilməyən daşıyıcılar istifadə edir ki, bu da öz növbəsində respublikamızda təhlükəsizliklə bağlı məsələləri aktuallaşdırır.
“İcazə” blanklarının sərhəd-keçid məntəqələrində verilməsinin ləğvi Azərbaycan daşıyıcıları üçün daha dəyərli hesab edilən xarici “İcazə” blankları üçün daha əlverişli kvotanın müəyyən edilməsində Azərbaycan tərəfinin mövqeyini daha da möhkəmləndirir. Kvotadan kənar daşımaların Azərbaycan daşıyıcıları tərəfindən həyata keçirilməsi onların gəlirlərinin artması, vergi daxilolmalarının çoxalması, yeni iş yerlərinin yaranması və digər müsbət hallar ilə nəticələnəcək.
Redaktə xarakterli düzəliş edilir, vergi ödəyiciləri qismində "Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər» müəyyən edilir (köhnə redaksiyada «Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər" müəyyən edilib);
Tərəfdaş dövlətlərin çoxsaylı müraciətləri nəzərə alınmaqla yol vergisi çərçivəsində «qət edilən yolun hər kilometr» üçün hesablanan məbləğ yüklə birlikdə ümumi çəkisi "38 tondan 41 tonadək" olan nəqliyyat vasitələrinə münasibətdə ləğv edilir;
Digər dövlətlərdə təhlükəli yüklərin daşınmasına görə yol vergisi çərçivəsində əlavə məbləğin hesablanması təcrübəsi olmadığından, eləcə də tranzit potensialının genişlənməsinə müsbət təsir göstərəcəyini nəzərə alaraq yol vergisi çərçivəsində «Təhlükəli yüklərin daşınmasına görə» hesablanan məbləğ ləğv edilir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
- 13 d. əvvəl
-
43 d. əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 57 d. əvvəl
-
1 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank 2025-ci ili necə başa vurub? - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Qızıl və gümüş daha da bahalaşdı
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”























