AZAL Rusiyaya daha 3 yeni reys açır
Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) Rusiyaya daha üç yeni iştiqamət əlavə edir. Mart ayından etibarən aviaşirkət Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
Bu barədə Marja-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən vildirilib.
Belə ki, martın 16-dan etibarən “Azərbaycan Hava Yolları” aviaşirkəti həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirsk şəhərinə, martın 19-dan etibarən isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburq şəhərinə uçuşlar yerinə yetirəcək.
AZAL-in tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti martın 18-dən etibarən Samara şəhərinə reyslər yerinə yetirəcək. Bu şəhərə uçuşlar çərşənbə axşamı və şənbə günü nəzərdə tutulub.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətlərin rəsmi saytlarında tanış ola bilərsiniz. Reyslərə aviabiletləri AZAL və “Buta Airways” mobil tətbiqləri vasitəsilə də əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)





.jpg)




