Azərbaycan Mərkəzi Bankı 2023-ün ilk faiz qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə ilk dəfə faiz qərarını 1 fevral tarixində ictimaiyyətə açıqlayacaq.
Marja xəbər verir ki, növbəti iclasda da Mərkəzi Bankın faiz artıracağı ehtimal olunur.
Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə sonuncu dəfə faiz qərarını 16 dekabr 2022-ci il tarixində açıqlamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılmış, faiz dəhlizinin yuxarı həddi 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır. Faiz dəhlizinin eninin daraldılması qərarı 2022-ci ilin avqust ayında Mərkəzi Bankın İdarə Heyəti tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilmişdir.
28 oktyabr 2022-ci il tarixində də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1.00 faiz bəndi artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.
Mərkəzi Bank bəyan etmişdi ki, pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaqdır. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcəkdir.
2022-ci ildə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilə nisbətən 13,9 faiz artıb. Dekabrda 2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən isə 14,4 faiz yüksək olub.
Göründüyü kimi, Azərbaycanda inflyasiya Mərkəzi Bankın hədəfindən (4±2%) xeyli yüksəkdir. Mərkəzi Bankın məqsədi inflyasiyanın artmasının qarşısını almaq, sonra hədəfə endirməkdir.
Mərkəzi Bankın sədri Taleh Kazımov 28 oktyabr 2022-ci il tarixində keçirdiyi mətbuat konfransında bildirmişdi ki, faiz dəhlizinin aşağı dərəcəsi bazara təsir etməyə başladığından, Mərkəzi Bankın İdarə Heyəti növbəti iclaslarda monetar siyasətinin daha da sərtləşdirilməsi istiqamətində qərar qəbul edəcəyini gözləyir.
"Bizim yeni əməliyyat çərçivəmizin uğurlarını nəzərə alaraq faiz dəhlizinin aşağı həddini daraldacağıq. Vurğulamaq istəyirəm ki, faiz dəhlizinin aşağı həddinin bazara təsirini müşahidə edirik. Bu bizə əsas verir ki, monetar siyasətimizi sərtləşdirmək yönümündə qərarlarımızı verək", - Mərkəzi Bankın sədri bildirmişdi.
"Mərkəzi Bank inflyasiya hədəf diapazonuna daxil olanadək məcmu tələbin izafi genişlənməsini məhdudlaşdıracaq monetar şəraitin yaradılmasını təmin edəcəkdir. Pul siyasəti və faiz dəhlizi ilə bağlı növbəti qərarlar inflyasiya mühitində müşahidə olunan amillər və bu amillər üzrə gözlənilən dəyişikliklərin miqyasından asılı olaraq veriləcəkdir. Pul siyasətinin yeni əməliyyat çərçivəsinin maliyyə sektorunda faizlərə təsir imkanlarından asılı olaraq faiz dəhlizinin eninin bundan sonra da daraldılması nəzərdən keçiriləcəkdir",- Mərkəzi Bank 16 dekabr 2022-ci il tarixli press-relizində bildirmişdi.
Qeyd edək ki, 2023-cü ildə faiz dəhlizinin parametrlərinə dair 8 dəfə qərar olacağı gözlənilir.
FAİZ DƏHLİZİ NƏDİR?
Məlumat üçün bildirək ki, pul siyasətinin əməliyyat çərçivəsinin mühüm elementlərindən biri faiz dəhlizidir. Faiz dəhlizi banklararası bazardakı qısamüddətli faizlərin dəhliz daxilində hərəkətini təmin etmək məqsədi daşıyır. Faiz dəhlizi eyni zamanda Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə faizlərinin iyerarxiyasını müəyyən edir.
Mərkəzi Bankın faiz dəhlizi üç parametr olan uçot dərəcəsi, yuxarı hədd və aşağı həddən ibarətdir. Faiz dəhlizinin aşağı həddi sterilizasiya yönümlü daimi imkanlar alətlərindən olan 1 günlük depozit əməliyyatının faizidir. Faiz dəhlizinin yuxarı həddi isə 1 günlük likvidliyin verilməsi üzrə daimi imkanlar alətlərindən olan əks-REPO əməliyyatının faizidir.
Uçot faiz dərəcəsi faiz dəhlizinin mərkəzi parametridir. Bu faiz dərəcəsini elan etməklə Mərkəzi Bank banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır.
Dəhlizin aşağı həddi ilə uçot dərəcəsi arasında formalaşan faizlərlə sterilizasiya yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir. Uçot dərəcəsi ilə dəhlizin yuxarı həddi arasında formalaşan faizlərlə likvidliyin verilməsi yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir.
Mərkəzi Bank sərəncamındakı alətlərlə banklararası pul bazarında faizlərin dəhliz daxilində formalaşmasına çalışır. Bu proses pul siyasəti qərarlarının transmissiyasının birinci həlqəsini təşkil edir. Banklararası bazarda qısamüddətli faizlər dəyişəndə digər faizlər, o cümlədən depozit və kredit faizləri də dəyişir. Bu proses pul siyasəti qərarlarının transmissiyasının ikinci həlqəsini təşkil edir.
Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Uçot faiz dərəcəsi
16.12.2022 8.25%
28.10.2022 8.00%
18.03.2022 7.75%
28.01.2022 7.50%
Dəhlizin yuxarı həddi
16.12.2022 9.25%
28.10.2022 9.25%
18.03.2022 9.25%
28.01.2022 9.00%
Dəhlizin aşağı həddi
16.12.2022 6.25%
28.10.2022 5.00%
01.09.2022 4.00%
18.03.2022 6.25%
28.01.2022 6.00%
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
3 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
21 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
22 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
22 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!






















