"ASUS BRAND STORE 3 YAŞ" lotereyasının qalibləri bəlli oldu!
“ASUS Brand Store – 3 yaş” tirajlı stimullaşdırıcı lotereyanın qalibləri seçilib.(®) “Azerbaijan Technologies” firmasının təşkilatçılığı ilə ASUS Brand Store mağazasının 3 yaşı münasibəti ilə 12 noyabr 2022-ci il tarixində start verilən tirajlı stimullaşdırıcı lotereya 31.01.2023-cü il tarixində başa çatıb.
10.02.2023-cü il tarixində 28 May küç.15 ünvanında yerləşən mağazada lotereyanın 12 şanslı qalibi seçilib.
Tirajın ümumilikdə uduş fondunu dünyaca məşhur ASUS brendinə məxsus 4 (dörd) fərqli model üzrə (ASUS ROG Strix G15, ASUS TUF Gaming F15, ASUS ZenBook 14 və ASUS VivoBook 15) hər birindən 3 (üç) ədəd olmaqla 12 (on iki) ədəd yeni nəsil ASUS noutbukları təşkil edirdi. Lotoreyada 500-dən artıq müştəri iştirak etmişdir.
Qalib biletlər “Azerbaijan Technologies” firmasının rəsmi saytında dərc olunub:https://aztechshop.az

ASUS Brand Store mağazası bölgədə yeganə və ilk ASUS brendinin rəsmi satış mərkəzidir. Mağaza 2019-cu ilin dekabr ayından fəaliyyət göstərir və cəmi 3 il ərzində müştərilərin çox böyük etimadını qazanmışdır. Geniş çeşid, münasib qiymət və hər zaman yeniliklərin məkanı olan ASUS Brand Store daima müştərilərini müxtəlif kampaniyalar, hədiyyələr və yeni məhsullarla sevindirir. Sevindirici haldır ki, bu ilin yanvar ayında dünya bazarında təqdimatı keçirilən 13-cü nəsil İntel prosessorlu və 4000-ci nəsil NVIDIA GEFORCE RTX videokartlı noutbuklar artıq mağazada satışdadır.

Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 11 d. əvvəl
- 45 d. əvvəl
-
51 d. əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
1 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 4 saat əvvəl
-
4 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 4 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır



















