"Sahibkarları təşviq etmək lazımdır ki, onlar vergi ödəməkdə maraqlı olsunlar, vergidən yayınmağın yollarını axtarmasınlar”
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı qanunda dəyişikliyə ehtiyac var.
Bunu Azərbaycanda Qadın Sahibkarlığı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva deyib.
Onun sözlərinə görə, hazırda qüvvədə olan “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda sosial sahibkarlıqla bağlı əlavələrin edilməsinə ehtiyac var: "Rusiyada, Koreyada sosial sahibkarlıqla bağlı ayrı qanun qəbul edilib, Qazaxıstanda isə qanuna dəyişikliklər edilib”.
O əlavə edib ki, sahibkarlıq asan sahə deyil: "Sahibkarlar hər zaman dövlətdən dəstəyə ehtiyac duyurlar. Hər zaman sahibkarları təşviq etmək lazımdır ki, onlar vergi ödəməkdə maraqlı olsunlar, vergidən yayınmağın yollarını axtarmasınlar”.
S.Babayeva deyib ki, ölkədə qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir:
“Qadın sahibkarlığına dəstəyin, əsasən də vergi güzəştlərinin verilməsi vacibdir. Qadınların bilik və bacarıqlarının, iqtisadi fəallıqlarının artırılması məqsədilə qadın sahibkarlara maliyyə və təşkilati dəstəyin genişləndirilməsinə ehtiyac var. Həmçinin, həssas qrupa aid olan qadınlarımız da nəzərə alınmalıdır. Qadınlar ilk işlərini başlayan zaman bəzən analıq məzuniyyətinə gedirlər, oxuyurlar. Qadınlar sosiallaşdıqdan sonra biznesə addım atmalıdırlar. Bundan sonra, biznesə başlamaları həm dövlət üçün, həm də qadınlarımız üçün çox vacibdir”.
S. Babayeva deyib ki, sahibkarlığın sənayeləşməsində böyük problem var:
“Bu problem ondan ibarətdir ki, bir çox qrant layihələri verilən zaman və ya proqramlar həyata keçirilən zaman insanlar avadanlıqlar əldə etmək istəyir, ondan yararlanmaq istəyir. Lakin bunu biznesə çevirmək üçün layihə təqdim edə bilmir. Bununla yanaşı, Dünya Bankının məlumatına görə, dünyada ayrılan qrantlardan yalnız 6 %-i reallaşa bilir”.
Xatırladaq ki, Azərbaycanda fərdi sahibkarların 22 %-i qadınlardı, iqtisadi fəal əhalinin isə 49 %-ni qadınlar təşkil edir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























