Quru halda təhvil verib, əlavə gəlir götürürlər

Mütəxəssislər deyirlər ki, tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanda ikinci texniki bitki sayılır. Hələ ötən əsrin 70-ci illərindən tütünçülük respublikamızda kənd təsərrüfatının rentabelli sahələrindən olub. Lakin müstəqilliyin bərpasından sonrakı ilk illərdə digər sahələrdə olduğu kimi, tütünçülük də tənəzzülə uğradı.
Bu sahədə zəngin təcrübə qazanmış insanların əli işdən soyudu və digər sahələrə üz tutdular, tütünçülük tamamilə unuduldu.
Yalnız keçən ildən dövlət başçısının tövsiyəsi ilə bu sahənin yenidən dirçəldilməsinə başlanıldı. Prezident İlham Əliyev həm regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, həm də sonrakı toplantılarda kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən tütünçülüyün inkişaf etdirilməsi istiqamətində tapşırıqlar verdi. Həmin tapşırıqlara əsasən tütünçülüyə marağın artırılması məqsədilə dövlət tərəfindən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Fermerlərə güzəştli kreditlər verildi, aqrolizinq xidmətləri göstərildi. Nəticədə tütün əkini sahələri genişləndi, fermerlərin sahəyə maraqları artdı.
Goranboyda tütünçülüklə əsasən Zeyvə, Yenikənd, Şəfəq, Qarbucaq, Todan və Qaraçinar kəndlərinin sakinləri məşğul olurlar. Keçən il 6 hektar sahədə tütün əkən torpaq sahibləri 20 tona yaxın məhsul təhvil vermişlər. Hər hektardan 32,5 sentner məhsul əldə olunmuşdur ki, bu da kənd sakinlərinin güzəranını xeyli yaxşılaşdırmışdır. İstehsal olunan məhsul bağlanmış müqaviləyə əsasən, Şəki “İntertabakko” MMC-yə təhvil verilmişdir.
Keçən il ən çox tütün əkən və bol məhsul əldə edən Zeyvə kəndinin sakini Pərviz Nəsirov deyir ki, kənd təsərrüfatında gəlirli sahələrdən biri tütünçülükdür: “Lakin onun mütərəqqi üsullarla becərilməsi və qurudulması üçün yaxşı şərait olmalıdır. Bu işə keçən il başladığımdan bir sıra çətinliklərlə üzləşdim. Tütünü qurutmağa yer olmadığından yaş halda təhvil verdim. Təhvil verdiyim 2 ton 800 kiloqram tütün üçün hər kiloqrama görə dövlətdən yardım da aldım. Lakin cari il bu çətinliyi aradan qaldırdım. İndi həyətimdə tütün qurutmaq üçün şərait yaratmışam. Bu il tütünü quru halda təhvil verəcəyəm ki, bu da əlavə gəlir deməkdir”.
Şəfəq kəndinin sakini Şəmməd Yaqubov da keçən il gözlədiyindən az məhsul əldə edib. 1 hektar sahədən cəmi 600 kiloqram tütün yığıb. Bunun səbəbini tütünçülükdə səriştəsinin az olması ilə əlaqələndirir. Deyir ki, hazırda tütünçülüklə bağlı xeyli bilik əldə edib. Bu il bir hektardan çox sahədə Türkiyədən gətirilmiş “Trabzon” sortu əkən Şəmməd Yaqubov artıq birinci yığıma başlayıb. Yığılmış tütünün qurudulması üçün talvar quraşdırıb. Hətta məhsulun saxlanması üçün anbar da inşa etdirib. Yığımda kənd sakinlərinin əməyindən istifadə edir və bir günlük zəhmət haqqı olaraq hər birinə 10 manat verir.
Yenikənd kəndinin sakini Zahid İsmayılov da ikinci ildir ki, tütünçülüklə məşğul olur. Söhbət zamanı dedi ki, tütünçülük zəhmət tələb etsə də, gəlirli sahədir. Bu səbəbdən də cari il əkin sahəsinin həcmini xeyli artırıb. 1,2 hektar sahədə tütün yetişdirib. Məhsuldarlıq keçən ilkindən xeyli çoxdur. Qərara alıb ki, yığılmış tütünü qurutduqdan sonra təhvil versin. Keçən il 3 ton məhsul təhvil verən fermer cari il bu rəqəmi 4 tona çatdırmaq fikrindədir. Hələlik 1 ton 725 kiloqram tütün toplayıb.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 24 d. əvvəl
- 31 d. əvvəl
-
-
36 d. əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
48 d. əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
2 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
2 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
2 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
2 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
Son Xəbərlər

“Bakı Fintex Forumu 2025” keçiriləcəlk

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
