Avropada tərəvəz məhsulları qıtlığı - BAHALAŞMANIN SƏBƏBLƏRİ
Dünyanın bir çox ölkələri tərəvəz qıtlığı və bahalaşma ilə üzləşir.
Marja xəbər verir ki, Böyük Britaniyada vəziyyət xüsusilə çətindir: ölkədə pərakəndə satış şəbəkələri hətta bu məhsulların satışına limit tətbiq etməyə məcbur olublar. Belə ki, məşhur mağazalar şəbəkəsi "Lidl" bibər, xiyar və ya pomidoru ədəd ilə satmaq qərarına gəlib.
Kontinental Avropada işlər daha yaxşıdır, lakin orada da qiymətlər sıçrayıb. Hətta ənənəvi isti ölkələrdə - İspaniya və ya İtaliyada tərəvəz və meyvələr hər həftə sözün həqiqi mənasında bahalaşır. Ötən ilin sonunda İspaniyada ərzaq səbəti 15,7 faiz bahalaşaraq 90-cı illərin ortalarından bəri rekord göstəriciyə çatıb.
Ümumiyyətlə, qışda tərəvəz həmişə baha olur. Lakin bu il çoxlu sayda neqativ halların birləşməsi səbəbindən qiymət artımı bütün rekordları yeniləyib.
Bir çoxları Cənubi Avropada və Şimali Afrikada məhsul çatışmazlığına işarə edir - deyirlər ki, soyuq olduğundan pomidor yetişmir. Ancaq söhbət təkcə hava şəraitindən getmir: Avropada qışda təzə tərəvəzlər həmişə istixanalarda yetişdirilir və ya xaricdən göndərilir.
İqtisadiyyatın qanunları burada işə düşür. İstixana təsərrüfatı çox enerji tələb edən bir istehsaldır. Və bütün Avropanı əhatə edən ciddi enerji böhranını nəzərə alsaq, tərəvəz istehsalının maya dəyəri kəskin şəkildə artmışdır. Bu, satış qiymətində özünü göstərir.
Böyük Britaniyanın problemləri daha çox Avropa İttifaqından çıxmaqla bağlıdır: kənd təsərrüfatı məhsullarının yeni gömrük şərtləri altında tədarükü sərfəli deyil. Üstəlik, qaz və elektrik enerjisinin tarifləri qalxıb, ona görə də fermerlər istixanaların sayını azaltmaq məcburiyyətində qalıblar. Bu, ərzaq idxalından asılı olan ölkə üçün çətinliklərə səbəb olub. Qiymət artımının səbəblərinə logistika da əlavə edilib. Enerji böhranı neft məhsullarının və nəqlinin maya dəyərini artırıb. Bundan əlavə, Asiyadan gələn yük maşınları artıq Rusiyadan yan keçmək üçün daha uzun yol qət edirlər. Bu, ucuz Çin tərəvəz və meyvələrinin tədarükünü çətinləşdirir.
İqtisadçıların fikrincə, bazara təkcə iqlim və logistika problemləri deyil, Türkiyədə baş verən zəlzələ də təsir edib. Hazırda tədarüklərin necə olacağı bəlli deyil - ən azı, yüklərin daşınmasında gecikmələr gözlənilir.
Bahalaşmaya qiymət artımından faydalanmaq qərarına gələn satıcıların spekulyativ hərəkətləri ilə təkan verir. Mütəxəssislərin hesablamalarına görə, Avropada qiymət artımına spekulyasiya ən azı 50 faiz töhfə verir.
İqtisadçılar həm də bildirirlər ki, bahalaşma psixoloji amillər ilə də bağlıdır. Mənfi xəbərlər ictimaiyyəti həyəcanlandırıb və inflyasiya gözləntilərini artırıb ki, bu da məhsullara tələbatın artmasına səbəb olub.
Avropada tərəvəz çatışmazlığı ilə bağlı qarışıqlıq ötən yay dənli bitkilərlə yaşanan isteriyaya çox bənzəyir: bir çoxları Ukraynadan tədarükün kəsilməsi səbəbindən qlobal qıtlığın olacağını da proqnozlaşdırdılar. Ancaq sonda məlum oldu ki, dünyada belə bir şey olmayıb.
Yaxın gələcəkdə vəziyyətin düzələcəyi gözlənilir. Avropada mövsüm başlayacaq, logistika zəncirləri yaxşılaşacaq və spekulyativ tələb azalacaq. May ayına qədər tərəvəz bazarında vəziyyətin normallaşacağı gözlənilir.
Lakin ümumilikdə həm Avropada, həm də dünyada məhsullar bahalaşmaqda davam edəcək. Səbəblər eynidir: enerji böhranı, logistikadakı problemlər, Rusiya neft məhsullarına embarqo, mineral gübrə çatışmazlığı. Gübrə və yanacağın tədarükünün məhdudlaşdırılmasının maksimum effektinin keçən ilki ehtiyatların tam tükənəcəyi yay-payız aylarında özünü göstərəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
19 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 saat əvvəl
-
22 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 22 saat əvvəl
-
23 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
23 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
23 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb







.jpg)












.jpg)

