Yaşıl Kart sığorta haqlarında 6 qat artım
“Son 6 ayda sığorta müqavilələrinin sayında 2.4 dəfə, sığorta haqlarında isə təqribən 6 qat artım müşahidə edilmişdir”İcbari Sığorta Bürosu Yaşıl Kart Sistemi çərçivəsində 2022-2023 –cü illərin yanvar –iyun ayları üzrə xülasəni dərc edib.
Marja.az xəbər verir ki, 2022-ci ilin ilk 6 ayı ərzində 12365 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 1 266 972 manat sığorta haqqı yığılmışdır. 2023-cü ilin müvafiq dövründə isə 29516 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 7 338 196 manat sığorta haqqı toplanmışdır. 6 aylıq nəticələrə əsasən sığorta müqavilələrinin sayında 140%, sığorta haqlarında isə təqribən 6 qat artım müşahidə edilmişdir.
Artımım ən önəmli səbəbi 1 yanvar 2023-cü il tarixindən etibarən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılmasıdır. Belə ki, 2023-cü ilin ilk 6 ayı ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün təqribən 9000 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 5 000 000 manata yaxın sığorta haqqı toplanmışdır. Həmin sığorta müqavilələrinin təqribən 7000 ədədi Qazaxıstan, 2000 ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunmuşdur. Beləliklə dövr ərzində və ilk dəfə sistem çərçivəsində Azərbaycan sığortaçıları 5 000 000 manata yaxın sığorta xidmətini ixrac etmişlər. Müvafiq dövrdə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 2 500 manat sığorta ödənişi həyata keçirilmişdir.
Ölkə ərazisində satılan Yaşıl Kart sığorta müqavilələrinin sayı və sığorta haqlarının müqayisəsi isə onu göstərir ki, 6 aylıq nəticələrə əsasən sığorta müqavilələrinin sayında 67%, sığorta haqlarında isə 97% artım olmuşdur. 2023-cü ilin müvafiq dövründə təqribən 21000 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 2 500 000 manat civarında sığorta haqqı yığılmışdır. 2022-ci ilin ilk 6 ayı ərzində 117 yol-nəqliyyat hadisəsinə görə təqribən 290 000 manat, 2023-cü ilin müvafiq dövründə isə 164 yol-nəqliyyat hadisəsinə görə 550 000 manata yaxın sığorta ödənişi həyata keçirilmişdir. 2022-ci ilin ilk 6 ayı ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2 466 manat, cari ilin ilk 6 ayı ərzində isə 3 309 manat təşkil etmişdir. Müqayisə edilən dövr üzrə sığorta müqavilələrinin sayına nisbətdə baş verən sığorta hadisələri faiz etibari ilə azalmasına baxmayaraq ortalama sığorta ödənişinin 34% artımı müşahidə olunmuşdur. Artımın təməl səbəbi Türkiyə Respublikasında baş vermiş ölüm hadisəsi və sağlamlığa dəyən zərər üzrə ümumilikdə verilmiş 100 000 manat civarında sığorta ödənişidir.
2022-2023-cü illərin ilk 6 ayı ərzində əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri də ciddi fərqlilik göstərməkdədir. Belə ki, ötən ilin ilk 6 ayı ərzində toplanan sığorta haqlarının 22%-i həcmində sığorta ödənişi verilmiş, 2023-cü ilin müvafiq dövründə isə bu nisbət 7% təşkil etmişdir.
2022-ci ilin ilk 6 ayı ərzində ölkə daxilində 21 Yaşıl Kart hadisəsi üzrə 42 000 manata yaxın sığorta ödənişi həyata keçirilmişdir. 2023-cü ilin müvafiq dövründə isə ölkə daxilində 29 Yaşıl Kart hadisəsi üzrə 59 000 manat sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə müqaisə edilən dövr üzrə xaricdən gəlmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdikləri yol nəqliyyat hadisələri üzrə həyata keçirilən sığorta ödənişlərdə 40% artım müşahidə edilməkdədir.
Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
7 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
7 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























