EUR/USD iyunda qeydə alınmış minumumlara doğru irəliləyə bilər
ABŞ-dan açıqlanan son makroiqtisadi göstəricilər faiz dərəcələrinin hələ uzun müddət yüksək qalacağına dair narahatlıqları artırması fonunda, valyuta birjalarında dollara tələb artmaqda davam edir.
Ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı avqustun 12-də bitən həftədə əvvəlki həftəyə görə 11 min nəfər azalaraq 239 min nəfər olub.
Filadelfia FED-dən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi də avqust ayında 12 bənd ilə proqnozları aşaraq 2022-ci ilin avqustundan bəri ilk dəfə müsbət dəyər qazanıb.
Gün ərzində ABŞ-ın 30 illik xəzinə istiqrazlarının gəlirliliyi 4.42%-i keçərək 2011-ci ildən bəri ən yüksək səviyyəsini test edib.
FED-in ehtiyatlı və qətiyyətli mövqeyini davam etdirəcəyinin vurğulandığı protokolların dərcindən sonra dollar indeksi yüksəlişini davam etdirir. Dollar qlobal miqyasda möhkəmlənməyə davam edərkən, DXY indeksi dünən 103.5 səviyyəsini test etdi və iyul itkilərini geri aldı.
Xatırladaq ki, DXY iyulun ilk həftəsində kəskin eniş yaşadı və ayın ortasında 100 səviyyəsindən aşağı düşdü. Daha sonra bu bölgədə dollara tələbin artması ilə yenidən qazanc əldə edən DXY yenidən 103 səviyyəsinə qayıdıb və güclü görünüşünü qorumağa davam edir.
Dollara tələbi artıran makroiqtisadi göstəricilərin dərcindən sonra EUR/USD paritetində eniş trendinin sürətləndiyi müşahidə olunur. Son vəziyyətə görə, EUR/USD 1.08 bandına qədər geriləyib. Qısamüddətli perspektivə baxsaq, EUR/USD-də 1.085 səviyyəsində dəstək həddi var. Bu zonanın qırılması cütlüyün iyun ayında qeydə alınmış minumumlara doğru irəliləməsinə səbəb ola bilər.
USD/JPY cütlüyü iyul ayında başlatdığı artım tendensiyasını davam etdirir və bu həftə ilin ən yüksək səviyyəsini 146.50 həddini test edib. Dolların möhkəmlənməsi ilə yanaşı, Yaponiya Bankının (BOJ) rekord aşağı faiz dərəcələri və monetar yumşaldıcı siyasəti Yapon yenindəki itkiləri dəstəkləməyə davam edir.
Dollara tələbin artması iyulun ortalarından etibarən qızılın ucuzlaşmasına da təsir göstərir. Qiymətli metallar bazarında hazırkı görünüşündə hələ də “güvənli liman” missiyasını üzərinə götürməyən, XAU/USD 4-cü həftəyə çatan eniş trendində 1900$ səviyyəsinin altında ticarət olunur.
Bugün isə İngiltərədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin həcmi və Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
16 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























