“Şıx çimərliyi”ndə gizlədilən zibillər…
Şıx çimərliklərində aparılan müşahidələr bir daha çimərliklərimizlə bağlı təmizlik konsepsiyasının olmadığını və ya işləmədiyini ortaya qoymuş olur…Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb.
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir, müsahibələr hazırlanır və yayılır . Bununla yanaşı, aparılan müşahidələr nəticəsində Azərbaycanın su hövzələrinin və onlardakı bioresursların hazırkı vəziyyəti barədə reportajlar mediada yayılır.
Bu dəfə Şıx ərazisində, Lökbatan dairəsinə yaxın yerdə gömrük qurumunun binası ilə üz-üzə olan, ödənişsiz çimərlikdən hazırladığımız reportajı təqdim edirik.
Şıx ərazisində yerləşən həmin ödənişsiz çimərlik solda yerləşən digər çimərliklərə nisbətən daha təmiz və ərazisi daha genişdir. Sentyabr ayının artıq ikinci yarısı olmasına baxmayaraq, hələ də çimərliyə gələnlər müşahidı edilir. Doğrusu, burada, təxminən, yayda olduğu qədər adamın olması və dənizə girməsi maraqlıdır. Həmin insanların bir çoxunun postsovet ölkələrindən gələn turistlər olduğunu təxmin etdik. Əslində isə ərazi yayda çimərlik kimi, yayda və digər fəsillərdə isə həvəskar balıqçılar, bəzən isə hətta, brakonyerlər tərəfindən istifadə olunan yerdir. Əslində dənizdə çimən insanlarla eyni vaxtda balıqçıların tilov və torlardan yararlanması da qəribədir və buna heç bir nəzarət yoxdur. Bu mənzərə çox uyğunsuz bir vəziyyət yaradır.
Qeyd etdiyimiz kimi, ərazidə nisbətən təmizlik müşahidə olunsa da, bura da digər yerlər kimi zibillənmədən xali deyil. Belə ki, çimərlikdə gözə gələn yerlər təmiz saxlansa da, qıraqlarda və gözdən uzq yerlərdə bolluca zibil alaqlarına rast gəlmək olar. Çimərliyin ətrafında kiçik bir gəzintiyə çıxanda gizlədilməsinə çalışılan zibil qalaqları ilə rastlaşmış olursan. Bu azmış kimi, çimərliyin şəhərə tərəf olan yanındakı hündür hasarın arxasında iri-iri zibil topaları qalaqlanıb. Müxtəlif məişət əşyaları, ən çox isə plastmas tullantılar çimərlikdəki həmin əraziləri “bəzəyir”. Bundan əlavə, çimərliyin qırağında dəniz dalğaları toxunan sahilin özü belə, zibillə çirklənib. Bundan başqa, çimərliyə yaxın ərazidə, sahildə olan yaşayış yerlərindən və turizm obyektlərindən də əraziyə zibil tullanır. Şəhərin girişində yerləşməsinə baxmayaraq, ərazinin üfunətli zibilliklərlə dolması yaxşı hal deyil. Müvafiq qurumların burada da təmizlik və ekoloji vəziyyətə nəzarət baxımından fəaliyyətsiz olduğunu demək olar. Yayda çimməyə gələnlərdən başqa, əraziyə demək olar ki, bütün fəsillərdə gündəlik gələn balıqçıların da çirklənmədə, tullantılarda öz payı var. Bundan başqa, Şıx çimərliklərində sahilin ayrı-ayrı şəxslər tərəfindən sanki hissələrə ayrılmaqla zəbt olunduğu müşahidə olunur. Həmin yerlər ya turizm obyekti, ya da sadəcə, tutulmaq üçün zəbt olunub. Çimərlikdə baş alıb gedən antisanitariya və hədsiz çirklənmə olduqca düşündürücüdür.
Bu müşahidələr bir daha çimərliklərimizlə bağlı təmizlik konsepsiyasının olmadığını və ya işləmədiyini ortaya qoymuş olur…
Müəllif: Tədqiqatçı İlkin Ağayev
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 36 d. sonra
-
32 d. əvvəl
Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət müəyyənləşdi
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Qanunsuz qumar və mərc oyunlarının reklamına görə 5 influenser cərimələndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Gələn il Azərbaycana elektrik mühərrikli avtobusların idxalı ƏDV-dən azad olacaq
-
16 saat əvvəl
Azərbaycana gətirilən 1 ədəddən artıq hər mobil telefona görə 100 manat vergi alınacaq
Son Xəbərlər
Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!
Rəsmi məzənnələr açıqlandı
"Subaru Azərbaycan"a yeni direktor təyin edilib
Rivian 600 nəfəri işdən çıxaracaq
İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib
Qəhvə qiymətləri rekord səviyyəyə çatdı
Ən çox oxunanlar
Azərbaycana gətirilən 1 ədəddən artıq hər mobil telefona görə 100 manat vergi alınacaq
SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır
Növbəti il bir sıra məhsullar ƏDV-dən azad edilir
Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Bakı metrosuna dövlət büdcəsindən yardım kəskin artırılır
Media subyektləri üçün vergi güzəştinin müddəti 3 il uzadıla bilər


















.jpg)



.jpg)
