“Fitch” İsrailin kredit reytinqinin proqnozunu "mənfi"yə dəyişdi
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" İsrailin "A+" kredit reytinqinin proqnozunu geosiyasi risklərə görə "mənfi"yə (neqativ) dəyişib.
Marja.az xəbər verir ki, "Fitch"in yaydığı açıqlamada, İsrail-Fələstin münaqişəsindən qaynaqlanan geosiyasi risklərin İsrailin uzunmüddətli yerli və xarici valyutada kredit reytinqinin "mənfi" monitorinq üzərində qurulmasına səbəb olduğu bildirilib.
Açıqlamada qeyd edilib ki, neqativ monitorinq hazırkı münaqişənin genişlənərək uzun müddət ərzində çoxsaylı "aktyorlar"ın iştirakı ilə genişmiqyaslı hərbi münaqişələrə çevrilməsi riskini əks etdirir. Açıqlamada münaqişəyə regiondakı digər təşkilat və dövlətlərin də cəlb oluna biləcəyi bildirilir.
Açıqlamada vurğulanıb ki, münaqişənin bu miqyasda genişlənməsi insan itkisinə əlavə olaraq, əhəmiyyətli əlavə hərbi xərclərə, infrastrukturun məhvinə, istehlakçı və investisiya inamında davamlı dəyişikliyə və beləliklə də İsrailin kredit göstəricilərinin ciddi şəkildə pisləşməsinə səbəb ola bilər.
Açıqlamada, iqtisadiyyata və dövlət maliyyəsinə maddi və uzunmüddətli təsir göstərəcək münaqişənin əhəmiyyətli dərəcədə artmasının ölkənin kredit reytinqinin aşağı düşməsinə səbəb ola biləcəyi xəbərdarlığı edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























